Mobil versiya
Düşmənlə üz-üzə "Son zəng"
Tarix: 14-06-2016 | Saat: 19:57
Bölmə:Təhsil | çapa göndər

Düşmənlə üz-üzə "Son zəng"




Şəmkir, Tovuz və Samuxda da məzunlar "Son zəng"in həyəcanını yaşayıblar.

Cəbhə kəndindən tutmuş Gəncəbasar bölgəsində yerləşən rayonların məktəbliləri üçün də bu gün son dərs günüdür. Çalınan zənglər məzunları müstəqil həyata yola salır, birinciləri isə bilikli olmağa səsləyirdi.

aiaşaz Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tez-tez atəşkəsin pozulduğu, düşmənlə sərhəd olan cəbhə kəndi Əlibəylidə də "Son zəng" çalınıb. Şəhid Hümbət Vəliyevin adını daşıyan məktəbdə təhsil alan 111 şagirddən 7 nəfəri məzun adını qazanıb. Məzun gecəsinə yığışan kənd sakinləri Azərbaycan ordusuna güvənərək ermənilərə ən yaxın məsafədə şənlik iştiakçısı olub. Əllərindəki üçrəngli bayraqla düşmənə göz dağı verən 11-cilər estafeti onuncu sinif şagirdlərinə ötürüb. Məktəbin həyətində musiqi sədaları altında yaranan yüksək əhval-ruhiyyə məzunlar üçün yaddaqalan olub.

Şəmkirdə isə bu il 2136 nəfər 11-ci, 2492 şagird isə 9-cu sinifi bitirib. 46 məzunu olan şəhər Əhməd Cavad adına adına tam orta məktəbində də sevinc dolu anlar yaşanıb. Ötən il məzunlarının yarıdan çoxu tələbə adını qazanan məktəbdəki "Son zəng" gecəsində 50-dən çox təhsil ocağının yeniləndiyi rayonda əldə edilən uğurlar diqqət mərkəzində olub. Builki sınaq imtahanlarında məzunların əldə etdiyi nəticə ali məktəbələrə qəbul imtahanlarında yüksək göstəricidən xəbər verir. Dərs ilində fərqlənənlər təltif olunduqları fəxri fərman və mükafatların sevincini digər məzunlarla birgə yaşayıb. Konsert proqramı və maraqlı çıxışlar məktəblə vidalaşanların xatirəsində əbədi olaraq qalacaq.

Samux məktəbliləri də "Son zəng"in sevincini, həm də həyacanını yaşayıb. Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı məktəb-liseyin məzunları bu gün münasibəti ilə təbrik edilib, tələbə olaraq rayonun adını ucaltmaq arzulanıb. Ötən tədris ilində 15 məzunu tələbə adını qazanan təhsil ocağını bu il 32 nəfər bitirir. Müəllimləri yetirmələrinin ali məktəbdə təhsil alacağı günü səbirsizliklə gözlədiklərini gizlətməyiblər.

Şəhər 2 saylı məktəbin 29 məzunu üçün də son zəng çalınıb. Ötən il 10 məzunu tələbə adını qazanan məktəbin göstəricilərinin bu il yüksək olacağı proqnozlaşdırılır. Rayonda 15 məktəb üçün yeni binanın inşa edildiyi, bir neçə təhsil ocağının isə əsaslı təmir olunduğunun dilə gətirildiyi tədbirdə məzunlar və birincilər maraqlı proqramla çıxış ediblər. Bu il Samux rayonunda fəaliyyət göstərən 23 tam orta məktəbi ümumilikdə 521 şagird bitirir. 9-cu sinif məzunlarının sayı isə 666 nəfərdir.

EL TV (Region TV) xəbər verir ki, son zəng sədaları Tərtərin təmas xəttinə yaxın yerləşən Seydimli kəndində də eşidilib. Ermənilərə yaxın məsafədə yerləşən kəndin məzunları son zəngi yüksək əhval-ruhiyyədə keçiriblər. Tədbirə qatılanlar məzunları təbrik ediblər. Ermənilər yaşayış məntəqələrimizi atəşə tutmasına baxmayaraq kənd sakinləri daim yüksək abı-havada olduqlarını diqqətə çatdırıblar. Məzunlar öz arzularını dilə gətiriblər. Onlar vətənimizə, xalqımıza daima bağlı olduqlarını bildiriblər. Əlamətdar gün münasibətilə məktəbdə konsert proqramı da təşkil olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024