Mobil versiya
Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı yeni faktı üzə çıxarıb
Tarix: 29-11-2022 | Saat: 12:26
Bölmə:Karusel / Özəl | çapa göndər

Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı yeni faktı üzə çıxarıb

aia.az xəbər verir ki, “Aravot-am” saytının xəbərinə görə ER Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən hazırlanıb həyata keçirilmiş geniş əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayor zabiti olan ER vətəndaşı 2021-ci ilin iyulunda xarici xüsusi xidmət orqanlarının ilə əlaqəyə girib və onlarla əməkdaşlıq haqqında müqavilə imzalayıb. Sonra ER Müdafiə Nazirliyinin digər hərbi hissəsində hərbi hissənin xidmətlərindən birinin rəisi vəzifəsinə təyin olunaraq, xidmət müddətində xarici xüsusi xidmət orqanlarından göndərilən mesajlar vasitəsilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı tövsiyələr almış, Ermənistan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və xarici siyasətini, hərbi sahənin dövlət və rəsmi sirri təşkil edən məlumatları təhlükəsizliyin zərərinə istifadə etmək üçün toplamaqla xarici xüsusi xidmət orqanlarına təhvil vermişdir.
Casusluq edən hərbçi 2022-ci ilin fevral ayından noyabr ayınadək olan müddətdə dövlət və xidmət sirri təşkil edən hərbi məlumatları toplayaraq istifadə etdiyi müxtəlif mobil proqramlar vasitəsilə xarici xüsusi xidmət orqanının nümayəndəsinə təhvil vermişdir. Göstərdiyi xidmət müqabilində 19.700 ABŞ dolları alaraq bununla da Ermənistanın ərazi bütövlüyü və respublikanın xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət etmişdir. ER Milli Təhlükəsizlik Xidmətinin İstintaq Şöbəsində başlanmış cinayət işi çərçivəsində adıçəkilən zabitə qarşı ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Tərcümə etdi
Şəmsi Qoça
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024