Vatikan Çində tanınmamış yeparxiya rəhbərinin təyin edilməsindən təəssüflənir
Tarix: 29-11-2022 | Saat: 11:51
Bölmə:Özəl | çapa göndər

Müqəddəs Taxt-Tac Yujianq yepiskopu (Jiangxi əyaləti) monsenyor İoan Penq Veyzçjaonun Müqəddəs Taxt-Tac tərəfindən tanınmayan "Tszyansi Yeparxiyasının köməkçi yepiskopu" kimi "təyin edilməsi mərasimi" xəbərindən təəssüflənib.
aia.az xəbər verir ki, bu barədə vaticannews.va saytı yazır. Bildirilir ki, rəsmi mərasim noyabrın 24-də Nançanq şəhərində baş tutub.
Müqəddəs Taxt-Tacın Mətbuat Zalının məlumatına görə, bu hadisə Vatikan və Çin tərəfləri arasında davam edən dialoqun ruhuna, eləcə də yepiskopların təyin edilməsi haqqında 22 sentyabr 2018-ci il tarixli Müvəqqəti Sazişin müddəalarına uyğun gəlmir. Üstəlik, monsenyor Veyzçjaonun mülki təyinatından əvvəl yerli hakimiyyət orqanlarının uzunmüddətli və güclü təzyiqlərinin yer aldığı bildirilir.
Müqəddəs Taxt-Tac belə epizodların təkrar olunmayacağına ümid etdiyini bildirir, hakimiyyətdən bu məsələ ilə bağlı adekvat izahat gözləyir, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə qarşılıqlı hörmət əsasında dialoqu davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyir.
Elman Hüseynov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-05-2025
10-05-2025
09-05-2025