Mobil versiya
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib -Fotolar
Tarix: 29-11-2022 | Saat: 11:25
Bölmə:Gündəm | çapa göndər

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Nizami rayonu 24 saylı 1-ci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı millət vəkili vətəndaşları fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

aia.az xəbər verir ki, Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, pensiyanın bərpa edilməsi, xəstəlikdən əziyyət çəkən şəxsin müalicəsinə yardım göstərilməsi və s. bu kimi mövzular başlıca yer almışdır. Qəbulun sonunda deputat K.Nurullayeva görüş iştirakçılarına bildirib ki, səlahiyyətləri daxilində qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023