Mobil versiya
Rusiya - ABŞ dialoq xəttindən bir dəfə istifadə olunub
Tarix: 29-11-2022 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər

Rusiya - ABŞ dialoq xəttindən bir dəfə istifadə olunub

Reuters agentliyinin mənbələrinə əsasən, Rusiya - ABŞ hərbiçilərinin təşkil etdiyi Ukrayna münaqişəsi fonunda danışıqlar xəttindən cəmi bir dəfə, ABŞ-ın təşəbbüsü ilə istifadə olunub.

"ABŞ və Rusiya hərbiçilərinin arasında yaradılmış əlaqə xəttindən cəmi bir dəfə, Moskvanın Ukraynaya hücumunun əvvəllərindən istifadə olunub"- deyə agentliyin yaydığı məlumatda qeyd olunub.

Adı çəkilməyən amerikan məmur, bu xəttdən istifadə ilə bağlı bəzi məlumatları açıqlayaraq bildirib ki, xəttdən Vaşinqtonun təşəbbüsü ilə istifadə olunub. ABŞ Rusiyanın Ukraynanın infrastrukturları yaxınlığında keçirilən əməliyyatlardan narahatlığını bildirib. Mənbəə vuğulaylb ki, bu zəngin 15 noyabrda Polşa ərazisinə düşən raketlərlə heç bir əlaqəsi yoxdur.

Müdafiə nazirliyindən bildiriblər ki, əlaqə xətti 1 martda Rusiya və Pentaqon arasında , "hərbi münaqişə zamanı xətaların baş verməsinin qarşısının alınması üçün yaradılıb".

Cəmil
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023