Mobil versiya
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ADA UNİVERSİTETİNDƏ ÇIXIŞI - ŞƏRH
Tarix: 29-11-2022 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ADA UNİVERSİTETİNDƏ ÇIXIŞI

Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə birgə beynəlxalq konfrans təşkil edirlər. Həmin tədbirlərdə regionda baş verən hadisələrin müzakirəsinə xüsusi önəm verilmiş, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işləri gündəmə gətirilib. Konfranslarda  səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli  media  üçün dəyərli fikirlərdir.         
Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı və bir sıra dövlətlərin elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi.
Son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçməsinin əsas amillərindən biri ölkəmizdə hakimiyyət - xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində yaranmışdır. Prezident cənab İlham Əliyevin uğurlu,  müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi,  siyasi sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşmışdır.
Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırmışdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır.  Azərbaycan  Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xəttlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaratmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.
Ölkəmiz diplomatik sahədə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələri qurmağa üstünlük verir. Azərbaycan dövlətinin İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açması sülhə xidmət edən bir addımdır. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması barədə qərar Azərbaycanın bu təşkilatla dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.  Ərəb Liqasına üzv olan dövlətlər işğal dövründə  və Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etmişlər.
Konfransda dünyanın tanınmış diplomatlarının, siyasi xadimlərin, aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı və onların dövlət başçımıza ünvanladıqları suallar tədbirin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə, Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm,  Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərim,  Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Ahmed Taher,  Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts,Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal, Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Pol, ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran, ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuz  kimi, dünyada tanınmış diplomat və ekspertlərin dövlət başçımıza ünvanladıqları süallardan  dolğun və məzmunlu cavab almaları razılıqla qarşılandı.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023