Novruzəli Aslanov: “Azərbaycan hər zaman olduğu kimi, bu gün də ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır”
Tarix: 28-11-2022 | Saat: 09:37
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Noyabrın 25-də ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövsunda beynəlxalq konfrans Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların həqiqətən də həm Cənubi Qafqaz regionu, həm də bütün Avrasiya məkanı üçün yeni, son dərəcə əlverişli perspektivlər açdığının artıq bütün dünya tərəfindən qəbul edildiyini bir daha təsdiq etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyev konfransda etdiyi çıxışında, eləcə də tədbir iştirakçılarının suallarını cavablandırarkən ifadə etdiyi fikirlərində bir mənalı olaraq qeyd etdi ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır və hal-hazırda ölkəmiz bu istiqamətdə irimiqyaslı işlər görür.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Deputat qeyd edib ki, beynəlxalq tədbirin daha çox iqtisadiyyatla bağlı məsələlərin müzakirəsinə həsr olunmasına baxmayaraq, konfrans iştirakçılarının Azərbaycan Prezidentinə ünvanladıqları suallarda bir çox siyasi məqamların da yer aldığı aşkar şəkildə özünü büruzə verirdi: “Müasir dünyamızda qlobal miqyasda iqtisadi layihələrin, xüsusilə də beynəlxalq layihələrin reallaşması prosesinə siyasi maraqların müdaxiləsi labüddür və qarşısıalınmazdır. O cümlədən daha çox iqtisadi məsələlərin müzakirə olunmasına baxmayaraq, adından da göründüyü kimi, ADA universitetində keçirilmiş konfrans da eyni zamanda həm də siyasət və təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsini özündə ehtiva etmişdir. O cümlədən Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərimin Azərbaycanın Təl-Əvivdə səfirlik yaratmaq qərarını məxsusi olaraq Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü kimi alqışladığını deməsi də cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin aprıcı dünya dövlətləri və siyasi təşkilatları tərəfindən diqqətlə izləndiyini və təhlil edildiyini deməyə əsas verir. Lakin hər zaman olduğu kimi, dövlət başçımız bu məsələ ilə bağlı səsləndirdiyi fikirlərdə də özünün xarici siyasətində heç bir ikinci dövlətin və ya siyasi təşkilatın deyil, ilk növbədə və yalnız Azərbaycan xalqının maraqlarını əsas götürdüyünü hər kəsin diqqətinə çatdırdı. Həmçinin İsraildə səfirlik açmaq qərarı ilə yanaşı, eyni zamanda ölkəmizin Fələstində təmsilçilik ofisi açılmasına dair qərarın da qəbul edildiyini vurğulamaqla, cənab Prezident bu siyasi xəttin məhz balanslaşdırılmış olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçımız xüsusi olaraq vurğuladı ki, Azərbaycanın bu qərarı İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığını əks etdirir və ən əsası da, həmin qərar sülh işinə böyük töhfələr verə bilər. Eyni zamanda da cənab Prezident İlham Əliyev bu qərarın regionda heç də bütün ölkələri sevindirmədiyini qeyd etməklə, bir daha Azərbaycanın həqiqətən müstəqil siyasət yürütdüyünü və özünün beynəlxalq münasibətlərini hansı istiqamətdə qurmaq məsələsində heç bir xarici dövlətin rəyi ilə hesabaşmaq məcburiyyətində olmadığını vurğulamış oldu.”
Həmçinin N.Aslanov öz açıqlamasında Azərbaycan Prezidentinin konfrans iştirakçılarının suallarını cavablandırarkən şəxsən özünün və ümumilkdə ölkəmizin və xalqımızın prinsipial mövqelərindən çıxış etməsinin böyük siyasi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Polun suallarını cavablandırarkən, cənab Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin fəaliyyətini dəstəklədiyini söyləməklə yanaşı, eyni zamanda da bu məsələnin müzakirəsində artıq bundan sonra Fransa Prezidenti Emmanuel Makronun iştirakına ölkəmizin qətiyyən imkan verməyəcəyini də xatırlatdı. Bununla dövlətimizin başçısı bir daha öz prinsipial mövqeyini ortaya qoymuş oldu və hər kəsin diqqətinə çatdırdı ki, heç bir xarici dövlət, dünya birliyində tutduğu mövqeyindən, iqtisadi və hərbi qüdrətindən asılı olmayaraq, Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan Prezidenti dekabrın 7-də Brüsseldə keçirilməli olan görüş barədə açıqlama verərək bildirdi ki, Prezident Şarl Mişelin ofisindən verilən məlumata görə, Ermənistanın baş naziri Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Bu təklifə cavab olaraq cənab Prezident İlham Əliyev də birmənalı olaraq bəyan etdi ki, Praqadan sonra baş verənlər səbəbindən Makronun bu görüşdə iştirakı mümkünsüzdür. Buna görə də böyük ehtimalla bu görüş ümumiyyətlə keçirilməyəcək. Əlbəttə ki, prezident Makronun ölkəmizə qarşı aqressiv davranışı və əsassız hücumları, Fransa Senatının qəbul etdiyi təhqiramiz Qətnamələr səbəbilə yaranmış şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Artıq Ermənistan da, ona havadarlıq edən qüvvələr də bu ölkənin yaşadığı iflas vəziyyətindən yeganə çıxış yolunun Azərbaycanla sülh müqaviləsini imzalamaqda olduğunu qəbul etməli və bütün addımlarını da bu reallığa uyğun atmalıdırlar”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ