Mobil versiya
Ənvər İbrahim nəhayət baş nazir oldu
Tarix: 25-11-2022 | Saat: 11:44
Bölmə:Özəl | çapa göndər

Ənvər İbrahim nəhayət baş nazir oldu

Malayziyada müxalifət lideri Ənvər İbrahim qarışıq siyasi karyerasından sonra baş nazir təyin edilib.

aia.az xəbər verir ki, noyabrın 19-da keçirilən seçkilərdə Ənvər İbrahimin islahatçı Ümid Alyansı parlamentdə 82 mandat qazanıb. Etnik malayların

dəstəklədiyi keçmiş baş nazir Muhyiddin Yasinin sağ təmayüllü Milli Alyansı səsləri 73 yerə yüksəldib.

Pan-Malayziya İslam Partiyası isə 49-da qalıb. Heç bir siyasi ittifaq hökumət qurmaq üçün lazım olan 112 yerlik çoxluğu təmin edə bilməyib.

Siyasi qeyri-müəyyənlikdən sonra Malayziya kralı Sultan Əhməd Şah Ənvər İbrahimi ölkənin yeni baş naziri elan edib.

Birləşmiş Malay Milli Təşkilatının rəhbərlik etdiyi güc bloku Ənvarın rəhbərlik etdiyi birlik hökumətini dəstəkləməyə razılaşdığı üçün Ənvər and içib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə