Mobil versiya
Azərbaycanın Balkan yarımadası ölkələri ilə münasibətləri səmimi dostluq zəminində inkişaf edir
Tarix: 24-11-2022 | Saat: 16:51
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Azərbaycanın Balkan yarımadası ölkələri ilə münasibətləri səmimi dostluq zəminində inkişaf edir

Bu gün Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. O cümlədən respublikamızın Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Prezident İlham Əliyevin bir müddət əvvəl Albaniyaya, noyabrın 23-də isə Serbiyaya etdiyi səfərlər də bunu təsdiq edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın əksər ölkələrlə dostluq əlaqələrinin qurulması bir çox hallarda məhz bu ölkələrin dövlət başçıları ilə Prezident İlham Əliyevin şəxsi münasibətləri zəminində formalaşır. O cümlədən noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatla etdikləri çıxışlarında da bu məqam öz əksini tapmışdır. Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, dövlətimizin başçısının Prezident Vuçiç ilə dostluq əlaqələri Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında önəmli amil kimi çıxış edir.

aia.az xəbər verir ki,AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, Serbiya-Azərbaycan əlaqələrinin inkişafında da bütün digər ölkələrlə baş verən hallarda olduğu kimi, Azərbaycan Prezidentinin şəxsi nüfuzu önəmli rol oynayır. Serbiya Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatla etdiyi çıxışında dövlətimizin başçısının şəxsi keyfiyyətlərini vurğulayaraq Prezident İlham Əliyevin beynəlxalq aləmdə malik olduğu yüksək nüfuzunu bir daha təsdiq etdi. Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin hər kəsə münasibətdə etibarlı tərəfdaş olduğunu diqqət mərkəzinə çəkdi. Serbiya Prezidentinin dövlətimizin başçısının bir kəlmə sözünə bütün imzalı sənədlərdən daha çox etibar etdiklərini deməsi xalqımız üçün qürurverici bir haldır. Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin indiyədək verdiyi bütün vədlərə sözsüz əməl etdiyini hər kəsdən yaxşı bilir. Bununla belə, bildiyimiz həqiqətlərin təsdiqini bir daha xarici ölkələrin dövlət başçılarından eşitmək hər birimiz üçün çox xoşdur və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından önəmlidir.

Daha sonra A.Naxçıvanlı Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq deyib: “Noyabrın 23-də Serbiya ilə Azərbaycan arasında Birgə Bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandum imzalandı. Bu, ölkələrimiz arasında əməkdaşlığın yeni, daha yüksək müstəviyə qalxması deməkdir. Öz çıxışında Prezident İlham Əliyev də vurğuladı ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Artıq Azərbaycan və Serbiya sözün əsl mənasında strateji tərəfdaş ölkələrdir. Çünki bu ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər və bu əməkdaşlığın strateji hədəfləri var. Azərbaycan-Serbiya münasibətlərinin səmimi dostluq münasibətlərinə əsaslandığını təsdiq edən amillərdən biri də budur ki, bizim ölkələrimiz hər zaman bir-birini beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyirlər. Həmçinin ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaqdır. Dövlətimizin başçısının Serbiyaya səfəri çərçivəsində bir çox məsələlər ölkələrimizin maraqları prizmasından təhlil olunub və ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunulub. Həmçinin müzakirə olunan əsas məsələlərdən biri də regional təhlükəsizlik mövzusunu əhatə edib. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bu rol getdikcə artacaq. O cümlədən Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır”.

aiaaz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024