İran hər zaman ölkəmizi ideoloji hücumlarının hədəfində saxlayıb
Tarix: 24-11-2022 | Saat: 13:31
Bölmə:Ölkə / Özəl | çapa göndər
Azərbaycan bütün digər ölkələrlə, xüsusilə də müsəlman ölkələri ilə münasibətlərini hər zaman səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qurmağa üstünlük verib. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət xarici siyasətinin mühüm baza prinsiplərindən biridir. Təəssüflər olsun ki, Azərbaycanın dünya, o cümlədən müsəlman ölkələri ilə əlaqələrini getdikcə möhkəmləndirməsi, İslam dünyasının birlik və həmrəyliyinə dəyərli töhfələr verməsi cənub qonşumuz olan İran tərəfindən qısqanclıqla qarşılanır. Daha böyük təəssüf doğuran bir hal da budur ki, sözdə, dövlət rəsmiləri səviyyəsində verilən bəyanatlarda özünü Azərbaycanın səmimi dostu kimi təqdim etməyə çalışan İran faktiki olaraq hər zaman ölkəmizi ideoloji hücumlarının hədəfinə alıb. Azərbaycan ərazisində dini-ekstremist qruplaşmaların yaradılması, dini zəmində iğtişaşların törədilməsinə cəhdlər göstərilməsi İranın müstəqil Azərbaycana qarşı əsl münasibətinin təzahürləridir.
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı 30 il ərzində İranın nümayiş etdirdiyi mövqeyi isə, ümumiyyətlə nə İslam həmrəyliyi formatına, nə də mehriban qonşuluq münasibətlərinin saxlanması prinsiplərinə qətiyyən uyğun deyil. Məsələn, rəsmi olaraq İslam dövləti statusuna sahib olan İranın müsəlman ölkəsi olan Azərbaycanla deyil, məscidləri dağıdan və təhqir edən Ermənistanla həmrəylik etməsi, erməni qəsbkarlarının işğal altında olan torpaqlarımızda həyata keçirdikləri talançılıqda birbaşa iştirakı, işğal altında olan Qarabağda möhkəmlənmiş separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə heç bir şəkildə etiraz bildirməməsi bir çox suallar doğurur.
Bu gün də İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləmək üçün əlindən gələni edir. Belə qənaətə gəlmək olur ki, xüsusilə Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışan İran uzun illərdən bəri beynəlxalq narkoticarət marşrutunun əlndən çıxması ilə də heç cür barışa bilmir. Təəccüblü deyil ki, İranın xarici siyasətinin əsas prioritetlərindən biri də əli çatdığı ölkələrdə xaos və dağıntılar yaratmaq hesabına öz mövqeyini möhkəmlətməyə istiqamətlənib. Tarixə nəzər salsaq görərik ki, son 40 il ərzində yaxın və orta şərqdə yaşanan bütün hərbi münaqişələrdə İran bu və ya digər şəkildə iştirak edir. Rəsmi Tehran bütün hərəkətlərini İslam təəssübkeşliyi əsasında istiqamətləndirdiyi barədə dünyada, xüsusən də müsəlman aləmində yanlış rəy yaratmağa çalışsa da, bu “təəssübkeşliyin” məhz müsəlman ölkələrinə necə baha başa gəldiyini İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin və Bəhreynin timsalında açıq-aşkar görmək mümkündür. İndiyədək qatıldığı heç bir müharibədə qalib gələ bilməyən İran bu ölkələri xarici qüvvələr üçün asan vurulan hədəfə çevirib, onları onilliklər boyunca davam edən xaosa sürükləyib. Bu bir daha təsdiq edir ki, cənub qonşumuzun əslində nə bəyan etdiyi kimi müsəlman təəssübkeşliyi, nə də dünyanı inandırmağa çalışdığı kimi hərbi qüdrəti yoxdur.
Azərbaycan isə, XXI əsrdə dünyada ilk olaraq genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla özünün ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir və bu ölkə istənilən xarici qüvvənin onun daxili işlərinə qarşmaq cəhdlərinin qarşısını dərhal və qətiyyətlə almaq gücünə sahibdir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024