Füzuli istiqamətində başlayan hücumun strateji əhəmiyyəti
Tarix: 17-10-2025 | Saat: 12:05
Bölmə:Siyasət | çapa göndər

2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində ciddi və planlı hücum əməliyyatlarına başladı. Bu istiqamətdə aparılan döyüşlər mühüm strateji əhəmiyyət kəsb edirdi, çünki Füzuli rayonunun relyefi və coğrafi yerləşməsi digər bölgələrin azad olunmasına yol açan bir əsas xətti təşkil edirdi. Erməni silahlı qüvvələri Füzuli ərazisində on illərlə möhkəmləndirilmiş istehkamlar qurmuş, minlərlə mina basdırmış və dağlıq sahələrdə güclü müdafiə xətti çəkmişdi. Buna baxmayaraq, Azərbaycan Ordusu yüksək peşəkarlıq, dəqiq taktika və texnoloji üstünlüklə bu ərazilərdə düşmənin müdafiə xəttini yarmağı bacardı. Füzuli istiqamətində başlayan əməliyyatlar döyüşlərin gedişində həlledici rol oynadı. Azərbaycan Ordusunun bu istiqamətdə qazandığı uğurlar nəticəsində düşmən ciddi itkilərə məruz qaldı və müdafiə xətti tamamilə yarıldı. Bu döyüşlər zamanı piyadalarla yanaşı, xüsusi təyinatlı qüvvələr, artilleriya və dronlar da geniş istifadə olundu. Xüsusilə, pilotsuz uçuş aparatlarının (PUA) rolu böyük oldu və düşmənin texnikası, rabitə xətləri və komanda məntəqələri məhv edildi. Füzuli istiqamətindəki uğurlar Şuşa və Xankəndiyə qədər olan yolun açılmasında həlledici addımlardan biri oldu. Beləliklə, bu döyüşlər təkcə Füzuli rayonunun deyil, bütün Qarabağın azad olunması yolunda ilk və ən əhəmiyyətli mərhələ hesab olunur.
Günay Allahverdiyeva
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-10-2025
17-10-2025
17:03 Füzuli rayonunun işğalı