Mobil versiya
"Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır" - Deputat həmkarına irad bildirdi
Tarix: 17-10-2025 | Saat: 12:02
Bölmə:Parlament | çapa göndər

"Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır" -

"Xalqımızı dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edirəm. Burdan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tənzilə Rüstəmxanlı deyib.

Milli Məclisin üzvü Siyavuş Novruzov isə həmkarının fikirlərində yalnışlıq olduğunu bildirib: “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özlərini istiqlal yolunda görüb və referendum əleyhinə səs veriblər. Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verdi”.

Spiker Sahibə Qafarova söyləyib ki, çıxışlarda bəzi nöqsanlar olur: "Burda olan çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni danışacam”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə