İran kimi dostu olana düşmən lazım deyil
Tarix: 24-11-2022 | Saat: 09:18
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycan xalqı həmişə öz qonşuları ilə dostluq , mehribanlıq, sülh şəraitində yaşayışa üstünlük verib. Lakin humanistliyimiz tarixən başımıza bəla olub. Yaxşı kimi bilərək, daima yuxarı başa keçirdiyimiz ermənilər çörəyimizi yeyərək axırda bizə asi olmuş və düşmən mövqeyi tutmuşlar. Qeyri bir qonşumuz olan İran dövlətinin də eynilə həmin düşmənçilik siyasəti yürüdərək,dini bir olan , həmişə qardaşıq dediyi Azərbaycana qarşı riyakar, şərəfsiz mövqeyinin şahidi olmuşuq və bu gün də oluruq. Bizim heç bir dövlətin daxili işinə qarışmaq fikrimiz yoxdur. Ancaq bir halda ki, dövlətimizə qarşı təxribatlar yaradılır təbii ki, öz sözümüzü deməliyik.
Azərbaycan Ermənistan istisna olmaqla demək olar ki, bütün qonşu dövlətlərlə o, cümlədən İran İslam Respublikası ilə də sıx əməkdaşlıq edir. Əhalisinin 30 milyondan çoxu azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Elə bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
Çox təəssüflər olsun ki, ermənilər tərəfindən ərazilərimiz işğala məruz qalandan sonra da İranın qonşu olaraq Azərbaycana qarşı soyuq, müsəlman dövlətinə yaraşmayan davranmasının dəfələrlə şahidi olmuşuq. Maskada olan bu dövlət 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. Uzun müddətdən bəri davam edən, Qarabağ münaqişəsinin bitməsindən sonra da İran dövləti sanki katalizator rolunu oynayaraq, iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Üçtərəfli bəyanatın imzalanmasından sonra ölkəmiz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.Ancaq Ermənistan bunun əksinə olaraq, İranla əlbirlik nümayiş etdirərək, imzaladığı bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları dəfələrlə Zəngəzur dəhlizinin açılacğı haqqında öz mesajını bütün dünya dövlətlərinin diqqətinə çatdırmışdır. Odur ki, hər iki qonşumuz birdəfəlik anlamalıdırlar və qəbul etməlidirlər ki, istər xoşluqla, istərsə də güc yolu ilə Zəngəzur dəhlizi açılacaq.
Ən əsası İranın din xadimlərinin, molla rejiminin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamçılığa zidd olan əməldir. Son zamanlar biz televiziya verilişlırində yalnız açıq təxribatlar və gücə təhrik tonunda danışan İran İslam Respublikasının Azərbaycan sərhədinə qoşun yığaraq, hərbi təlim keçmək adı ilə ölkəmizə hədə-qorxu gəlməsini demək olar ki, hər gün eşidirik.
Son günlər İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Onlar unudurlar ki, qarşılarındakı 30 il əvvəlki , hərbi cəhətdən zəif Azərbaycan dövləti deyil, əksinə artıq dünya dövlətlərinin qibtə ilə yanaşdığı güclü iqtisadiyyata və müasir, modernləşmiş silahlarla silahlanmış orduya malik Azərbaycan dövlətidir. Və bu ordu dövlətimizə qarşı yönələn istənilən bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Təbii ki, rəşadətli ordumuzun gücünü Vətən müharibəsində bütün dövlətlərlə yanaşı İran da gördü. Maskalanaraq həmişə dindən,İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür.
Torpaqlarımızın erməni işğalına məruz qalmasından sonra İran dövləti nəinki Azərbaycanı dəstəklədi, hətta ermənilərə yaxından himayədarlıq edərək, onlara ərzaq, yanacaq və silahla yardım edirdilər. İşğal altına düşmüş ərazilərimizdə İranın da vandalizmlə məşğul olaraq , qəbirlərimizi , evlərimizi və digər əmlaklarımızı talamaqda ermənilərdən geri qalmaması öz təsdiqini tapır. Bax budur sözdə özlərini bizə qardaş kimi sırımaq istəyən fars şərəfsizliyi, fars ideologiyası. Deyəsən ermənilərlə sıx əməkdaşlıq edən fars qeyrətsizləri , Azərbaycanın Xocalı soyqırımı kimi bir qətliama məhz ermənilər tərəfindən düçar olduğunu unudurlar.
Bəli , bu gün bölgədə cərəyan edən bütün hadisələrdə diqqət mərkəzində olan məhz Azərbaycan dövlətidir. Və hər birimiz dövlətimizin günü-gündən qüdrətlənərək, regionda xüsusi söz sahibinə çevrilməsinə , öz güclü ordusuna arxalanaraq müstəqilliyini qoruyub saxlamasına görə Qalib Sərkərdə, Ali Baş Komandanımız İlham Əliyev cənablarına minnətdar olmalıyıq. Müstəqil dövlətimizə qarşı hər hansı təxribatlara əl atmaq istəyənlər isə dərk etməlidirlər ki, “ Dəmir Yumruq ” yerindədir və lazım gəldikdə onların başını əzəcək.
Məhəmməd Əliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
aia..az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
10:48 Hökumənin meyiti tapıldı