DYP-dən valideynlərə MÜRACİƏT
Tarix: 13-06-2016 | Saat: 12:53
Bölmə:Təhsil | çapa göndər
Sabah ölkəmizdə "Son zəng" tədbirinin keçirilməsi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq. Təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və prospektlərdə DYP əməkdaşlarının nəzarəti gücləndiriləcək.
Aia.az bildirir ki, bunu azvision.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
DYP rəsmisi valideynlərdən xahiş edib ki, özlərinə məxsus avtomobilləri övladlarına verməsinlər.
"Bəzən valideynlər hesab edirlər ki, "Son zəng" ömürdə bir dəfə olur, buna görə uşaqlara avtomobil həvalə etmək olar. Bu, yalnış düşüncədir. Unutmaq olmaz ki, ötən il "Son zəng" günü 16 nəfər məzunun sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi faktı aşkar edilmişdi. Eyni zamanda bir yol-nəqliyyat hadisəsi baş vermişdi və xoşbəxtlikdən xəsarət alan olmamışdı. Belə halların təkrar edilməməsi üçün valideynlər bunu nəzərə almalıdır. Ümumilikdə, şagirdlərin sıx toplaşdığı ərazilər nəzarətdə olacaq", - deyə V.Əsədov vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024