Mobil versiya
Kamaləddin Qafarov: “Albaniya ilə münasibətlər xarici siyasətimizin vacib istiqamətlərindən biridir”
Tarix: 23-11-2022 | Saat: 11:50
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Albaniya ilə münasibətlər xarici siyasətimizin vacib istiqamətlərindən biridir”

“Albaniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 4-də tanımış və 1993-cü il sentyabrın 23-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Ötən illər ərzində hər iki ölkənin dövlət başçılarının, yüksək vəzifəli şəxslərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri olmuş, hökumətlər arasında iqtisadi, sənaye, texnoloji, mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında bir çox saziş və müqavilələr imzalanmışdır. Milli Məclisdə Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərməkdədir. Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın enerji sahəsi ən vacib sahələrdən biri hesab olunur. ”

Bu faktları Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin noyabrın 15-də Albaniya Respublikasına səfərindən sonra verdiyi bəyanata münasibət bildirərkən xatırlatmışdır.


Millət vəkili qeyd etmişdir ki, TAP qaz boru kəməri layihəsinin seçilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadiyyatın digər sahələrində də işbirliyinin inkişafı üçün geniş imkanlar açır. “Albaniya bu ölkənin qazlaşdırılması, qaz infrastrukturunun və qaz bazarlarının inkişaf etdirilməsində ARDNŞ-la əməkdaşlıq edir. İki ölkə arasında 2014-cü ildə İqtisadi, Sənaye və Texnoloji sahələrdə əməkdaşlıq üzrə İşçi Qrupu təsis edilmişdir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. 2019-cu ildə Albaniyada baş vermiş zəlzələdən sonra Azərbaycan bu ölkəyə humanitar yardım göstərmişdir.”

Deputat bildirib ki, bu səfər, cənab İlham Əliyevin çıxışında dediyi kimi, Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar yaradacaq: “İki ökə arasında siyasi dialoqun əhəmiyyətindən danışan dövlətimizin başçısı beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımızı xüsusi qeyd etdi. Prezident İlham Əliyev alban həmkarının iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupunun tezliklə birinci iclasını keçirilməli olduğu barədə fikrini alqışladı və eyni zamanda əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar olduğunu vurğuladı. Albaniya və Azərbaycan şirkətlərinin ortaq fəaliyyəti, birgə müəssisələrin yaradılması imkanlarının mövcudluğundan, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrinin hər iki ölkə üçün prioritet təşkil etməsindən danışdı”.

K.Qafarov sonda qeyd edib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir və Prezident İlham Əliyevin Tiranaya son səfəri Azərbaycan-Albaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024