Mobil versiya
Azərbaycan Ümummilli Liderin rəhbərliyi ilə siyasi nüfuz, iqtisadi kapital, mənəvi ruh yüksəkliyi əldə edib
Tarix: 23-11-2022 | Saat: 09:14
Bölmə:Ölkə / Özəl | çapa göndər

Azərbaycan  Ümummilli Liderin rəhbərliyi ilə siyasi nüfuz, iqtisadi kapital, mənəvi ruh yüksəkliyi əldə edib

Heydər Əliyev öz xalqını təkcə maddi rifaha gətirmədi, hərçənd razılaşın ki, bunun özü də çox əhəmiyyətli bir məsələdir. Ümummilli Lider böyük güclərin uzun əsrlər boyu xalqın şüurundan səylə sıxışdırıb çıxarmağa çalışdığı milli ləyaqət hissini oyatdı və qayğı ilə bəslədi. Ölkəmiz öz müstəqillik yolunu böyük məşəqqətlər hesabına qazanıb. Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə siyasi nüfuz, iqtisadi kapital, mənəvi ruh yüksəkliyi əldə edib və dünya siyasətinin bərabərhüquqlu, dəyərli və azad subyekti olduğunu dərk edib.

Heydər Əliyevin xatirəsi Azərbaycanı sevən bütün insanların qəlbində təkcə böyük siyasətçi və dahi dövlət xadimi kimi deyil, həm də həqiqətən xalqın xilaskarı olduğu üçün yaşayır. O, öz müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsinə qalxan bir dövləti siyasi xəritədən silməklə hədələyən daxili və xarici qüvvələrin Azərbaycanda nəhəng tarixi “sunami” dalğası yaratdığı unikal bir dövrdə hakimiyyətin başına keçib. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində dediyi “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm” sözlərinin nəcib qəlbinin hər bir çırpıntısı ilə təsdiq edib. Müasir müstəqil Azərbaycanın mürəkkəb inkişaf modelinin ideoloqu və memarı olan ümummilli lider Heydər Əliyev bu gün də bizi ruhlandırır, ürəkləndirir, qəlbimizi şövqləndirir. Son fotoşəkillərindən birində artıq bir o qədər də sağlam olmayan insan gənclərə xas coşqunluqla gülümsəyir, gül-çiçəyə burunmuş bağın gözəlliyinə heyran qalır. Sanki kiçik bir detaldır, lakin onun həyat prinsipini açıqlayır: mübarizə aparmağı bacar və ləyaqətlə yaşadığın hər bir günə görə sevin. Heydər Əliyevin son fotoşəkilləri Onun Doğum Gününün rəmzidir – baharın qızğın çağı…

Həyatın gerçəkliyini əks etdirən bu mənzərəyə baxanda, tez-tez düşünürəm ki, vəziyyətin təhlili və qərarların qəbul edilməsi ilə müqayisədə liderlik həmişə nə isə daha böyük bir məfhumdur. Məncə bu, insanların zəkasına və enerjisinə təsir etməkdən ibarətdir. Taleyin hökmü ilə lider olmuş Heydər Əliyev təkcə ruhlandırmağa qadir deyildi. Onun ideyaları, həyat prinsipləri və meyarları bu gün də bizi, problemlərin və çətinliklərin yükünü daşıyan insanları gələcəyə nikbinliklə baxmağa sövq edir. Postmodern çaxnaşma və klip şüuru əsrində sarsılmaz əbədi həqiqətlərə tələbat artır və ümummilli lider Heydər Əliyev yenilməz gücün, qüdrətin, mənəvi saflığın və qətiyyətin rəmzinə çevrilir.

İskəndərli Zəhra Şahmurad qızı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024