Mobil versiya
Azərbaycan torpaqlarında ermənilər yalnız qanunlarımızıa tabe olmaqla yaşaya bilərlər
Tarix: 22-11-2022 | Saat: 16:15
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan torpaqlarında ermənilər yalnız qanunlarımızıa tabe olmaqla yaşaya bilərlər

İkili standartlar nümayiş etdirilməsi,böyük dövlətlərin, supergüclərin ədalətsiz mövqeyinin nəticəsi idi ki,30 ilə yaxın dövrdə törpaqlarımızın iyirmi faizi mənfur qonşuların, Ermənistan silahlı birləşmələrinİn işgalında qaldı.
Dişsiz beynəlxalq təşkilatlar həm gücsüzlüyünə, həm də ermənipərəst qüvvələrin təsiri altına düşdüyünə görə münaqişənin həlli mümkünsüzləşirdi.
Ancaq, Azərbaycan dövlətinin gücü və iradəsi ilə tarixi ədalət bərpa olundu.
44 Günlük Vətən müharibəsi ermənistan ordusunun güc mifini sıfırladı,Azərbaycan Silahlı qüvvələri döyüşdə öz gücünü göstərdi və rəşadətli Azərbaycan Ordusu mənfur düşməni torpaqlarımızdan qovdu.
Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda ölkə prezidenti bu məsələyə bir daha aydınlıq gətirdi. Prezident İlham Əliyev bildirdi ki,İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir.
Cənab Prezident həmçinin Ermənistan tərəfindən işgal olunmuş ərazilərimizdə xalqımızın tarixi, mədəni, dini abidələrinə vandal münasibətinə də diqqət çəkdi.Ölkə başçısı bildirdi ki,Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.
Ermənilərin və ermənipərəst qüvvələrin antiazərbaycan konpaniyası həmçinin islam dəyərlərinə təhqiramiz yanaşmalırı ilə də haqlı hiddətə səbəb olur.
Çox təəsüflər olsun ki,İran kimi islam dövləti məscidlərimizi təhqir edən ermənistanla dostluq əlaqələrinə son qoymurlar.
Ancaq,xalqımızın iradəsi, dövlətimizin gücü,Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının qətiyyəti və rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işgal altında olan torpaqlarımızı azad etdi,tarizi ədalət qələbə çaldı.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025