Yeni Azərbaycan Partiyası böyük siyasi gücdür
Tarix: 19-11-2022 | Saat: 11:44
Bölmə:Ölkə | çapa göndər
Məlum olduğu kimi, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bu gün milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılması həmin dönüş nöqtələrindən biridir. Belə ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır.
Bu baxımdan, müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılmasını labüd edirdi. Əslində, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq, ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Tarixə "91-lər" kimi yazılan ziyalılarımız, ümumilikdə, xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edən fəal vətəndaşlar idi. Azərbaycanın gələcəyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq və zəngin dövlətçilik təcrübəsinə malik təcrübəli bir liderin, yəni məhz ulu öndər Heydər Əliyevin partiyaya rəhbərlik etməsini istəyirdilər. Bu istək ümummilli liderə ünvanlanan "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətində və ulu öndər Heydər Əliyevin "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabında öz ifadəsini tapdı. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən, ən çətin anlarda xalqının yanında olan ümummilli lider ölkənin taleyinə biganə qalmayaraq "91-lər"in müraciətinə cavabında belə bir əminliyi ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram. Bu əminlik əsasında yaradılan və təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası ilk gündən ümumxalq partiyasına çevrildi. Xalqın partiyanın Sədrinə olan sevgisi və inamı tezliklə Yeni Azərbaycan Partiyasının birmənalı olaraq böyük nüfuz qazanmasına səbəb oldu. YAP-ın gücünü, qüdrətini, uğurlarını şərtləndirən bir çox səbəblər var ki, bunlardan ən mühümü partiyanın adının ulu öndər Heydər Əliyev ilə bağlı olmasıdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonrakı dövr müstəqilliyimizin xilası, sarsılmazlığının və əbədiliyinin təmin olunduğu dövrdür. 1993-2003-cü illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl formalaşdı. Hər bir ölkənin inkişafında sabitliyin əsas amil olduğunu önə çəkən ulu öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi ki, bu da öz növbəsində dünya ölkələrinin respublikamızla iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar açdı. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdünə səbəb olmuşdu. Hansı ki, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqət və marağında olub. 1993-cü ildən ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin yaradılması iqtisadi əlaqələrin qurulmasına, investisiya axınına yol açdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. "Əsrin müqaviləsi" imzalandı, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallaşdı. Bu mühüm saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycana inamı artırdı. İqtisadi tərəqqi digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində mühüm addımların atılmasını təmin etdi. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz ulu öndərin siyasi nüfuzuna güvənərək hər sahədə Azərbaycanla əməkdaşlıq etməyə can atdılar.
Ümummilli lider müstəqil Azərbaycanın əbədiliyini və dönməzliyini təmin edən siyasi kursun təməl prinsiplərini hazırlayaraq onu sona qədər həyata keçirməyi layiqli davamçısı cənab İlham Əliyevə etibar etdi. Ulu öndərin 2003-cü ildə xalqa tarixi müraciətində "Ona Özüm qədər inanıram" çağırışı da özündə bütün məqamları ehtiva etdi. Ümummilli lider belə bir əminliyi də ifadə etdi ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları xalqın dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıracaq. Onun uzaqgörənliyinin nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövləti kimi dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı və iştirakı olmadan hansısa beynəlxalq layihənin həyata keçirilməsi mümkünsüzdür. Prezident İlham Əliyev ilk gündən ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin danılmaz rolunu önə çəkərək bu çağırışı da etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılmasına yönələn davamlı tədbirlər həyata keçirdi. Nəhəng infrastruktur layihələri gerçəkləşdi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə gerçəkləşir.
Xüsusilə qeyd edək ki, bu gün ümummilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP artıq böyük siyasi gücdür və 800 minə yaxın üzvü sıralarında birləşdirir. Partiyanın üzvlərinin böyük əksəriyyətini gənclərin təşkil etməsi bir daha göstərir ki, YAP gələcəyin partiyasıdır və onun sıralarında təmsil olunan gənclər ölkədə baş verən bütün proseslərdə böyük həvəslə iştirak edirlər. Dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi kadr islahatları, gənclərin idarəçilikdə irəli çəkilməsinə, parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılmasına partiya öz fəaliyyətində xüsusi diqqət yetirir, gənclərin potensialından səmərəli istifadəni təmin etmək üçün mühüm addımlar atır, layihələr gerçəkləşdirir.
Yeri gəlmişkən, bu gün bütün Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın 30 illik yubileyini Zəfər ruhunda qeyd etdiyimiz üçün sevinclidir. Bugünkü müasir müstəqil, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin arzu etdiyi Azərbaycandır. İki il öncə Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Azərbaycanın ərazi bütövlüyü təmin edildi, soydaşlarımızın torpaq həsrətinə son qoyuldu. Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyini məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan olaraq qeyd edirik. O Azərbaycan ki, tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı, tarix, hüquq, milli qürur dərsləri ilə dünyaya əsl həqiqətləri çatdırdı, ədalətin gec-tez qələbə çaldığını nümayiş etdirdi.
Ən əsası, Tarixi Zəfərimiz ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Semur Əsgərov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının məsləhətçisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025
10:24 Dərin və mənalı əlaqələr
21-01-2025