Mobil versiya
Hacı İbrahimin axtarışa verilən adamı:“Mən belə halın şahidi olmamışam“
Tarix: 26-08-2015 | Saat: 16:01
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Hacı İbrahimin axtarışa verilən adamı:“Mən belə halın şahidi olmamışam“


Vaqif Bağırov vaxtilə: “Mən fəaliyyətimdə heç vaxt qanunla qadağan olunan əməllərə yol verməmişəm, vermərəm də”

İş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində vaxtı ilə baş mühasib vəzifəsində çalışmış şəxsin beynəlxalq axtarışa verildiyi haqda xəbər yayılıb.

Vaqif Bağırova ad-soyadlı həmin şəxsə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilib. Ölkədə olmadığını görə, onun qırmızı xətt üzrə axtarışına qərar verilib.

Hazırda ölkədə olmayan V.Bağırov 2013-cü ilin martında Hacı İbrahim Nehrəmliyə qarşı ittihamlarla bağlı “Yeni Müsavat”a danışmışdı. Həmin vaxt Hacı İbrahimin keçmiş şəriki, hazırda ömürlük həbsdə olan Hümbət Məmmədov onu eks-spiker Rəsul Quliyevə pul ötürməkdə ittiham etmişdi.

V.Bağırovun da adını hallandırmışdı. Bu ittihamlara cavab verən V.Bağırov Afrikada yaşadığını demişdi. Bildirmişdi ki, 1992-ci ildən 2004-ə qədər Naxçıvanda vergi məmuru işləyib. 2004-cü ildən isə Hacı İbrahimin “Avesta” konsernində maliyyə idarəsinin rəisi və firmaların baş mühasibi olub.

V.Bağırovun həmin açıqlamasından sitat: “2010-cu ilin dekabr ayına qədər Hacı İbrahimlə birgə çalışmışıq. Sonra mən öz biznesimi qurmaq üçün işdən çıxmışam. Hazırda Afrikada işimi qurub biznesimlə məşğulam. 2011-ci ilin may ayının 17-də Azərbaycandan çıxmışam. Bura gələndən sonra eşitmişəm ki, belə hadisə(Hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədovun sifarişi ilə digər şərikləri Əflatun Piriyevin öldürülməsini nəzərdə tutur- E.M) olub. Həmin o 2 nəfər (hazırda ömürlük həbsdə olan Hümbət Məmmədov və mərhum Əflatun Piriyev)həddindən artıq bir-birinə yaxın adamlar idi. Hümbət rəhmətlik Əflatunun vasitəsi ilə Hacı İbrahimlə ortaq olmağa gəlmişdi. İşlədiyim dövrdə nə Hacı İbrahimin, nə Hümbətin, nə də rəhmətlik Əflatunun hər hansı qanunsuz hərəkətinin şahidi olmamışam. Mənim telefonumdan - 050 230-76-86 nömrəsindən heç kəsə zəng olunmayıb. Hacı İbrahim mənim yanımda prezidentin qayınatası, akademik Arif Paşayevə həmişə “dədəm” deyirdi. İkilikdə olduğumuz təkbətək söhbətlərdə də Hacı İbrahim heç bir zaman bugünkü iqtidarın ünvanına artıq-əskik bir söz deməyib. Mən belə halın şahidi olmamışam. Mən heç bir partiyanın üzvü də deyiləm ki, kiminləsə də əlaqə saxlayım. Hacı İbrahim mənim yanımda Rəsul Quliyevin və başqa müxalifətçilərin adını belə çəkməyib”.

V.Bağırov səslənən iddiaların absurd olduğunu demişdi: “Özünüz düşünün, Hacı İbrahimə bu cür şərait yaradılıbsa, o, nə cür hansısa partiyaya dəstək verə bilər? Bu adam bütün dünyaya səs salan bir layihəni gerçəkləşdirir. Özünüz fikirləşin, belə bir məsələ Azərbaycanda mümkün ola bilər?”

“Sizin adınıza Azərbaycanda istifadəsi qadağan olunmuş “Sputnik” telefonları alınıb” sualına V.Bağırov belə cavab verdi: “Allaha and olsun ki, elə bir şey olmayıb. Bu, cəfəngiyatdır. Məndən heç kim istifadə edə bilməz. Qətiyyən mümkün olan şey deyil. Mən fəaliyyətimdə heç vaxt qanunla qadağan olunan əməllərə yol verməmişəm, vermərəm də”.

V.Bağırov 2013-cü ilin iyununda ölkəyə qayıdacağını da söyləmişdi: “Bütün qohum-qardaşım Azərbaycandadır, mən burada işləri yekunlaşdırıb vətənə qayıdacağam”.(musavat.com)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə