Marneulidən iki azərbaycanlının majoritar qaydada deputatlığa namizədliyini irəli sürülüb - FOTO
Tarix: 12-06-2016 | Saat: 20:38
Bölmə:Siyasət | çapa göndər
Gürcüstanda keçiriləcək parlament seçkilərində azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundan iki nəfər azərbaycanlının majoritar qaydada deputatlığa namizədliyi irəli sürülüb.
Aia.Az APA-ya istinadən xəbər verir ki, bu gün Marneulidə soydaşlarımızla görüşən Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və Marneuli sakini Əhməd İmamquliyevin deputatlığa namizədliyini elan edib.
D. Bakradze soydaşlarımız qarşısında çıxışında Vahid Milli Hərəkat Partiyası tərəfindən majoritar qaydada deputatlığa namizədliyi irəli sürülən şəxslərə inandığını bildirib: "Biz Gürcüstanla Türkiyənin, Azərbaycanın əlaqələrini inkişaf etdirəcək, əməkdaşlığımızı genişləndirəcəyik. Son 4 ildə biz Gürcüstanın necə inkişaf etdiyini gördük. Əvvəllər Gürcüstan ali məktəblərinə 12 məzun qəbul olurdusa, indi 3 mindən çox azərbaycanlı tələbə Tiflis universitetlərində təhsil alır. Biz daha da irəli gedəcəyik və seçkilərdə qələbə qazanacağıq".
Sonra parlament seçkilərində majoritar deputatlığa namizəd irəli sürülən Azər Süleymanov və Əhməd İmamquliyev soydaşlarımız qarşısında çıxış ediblər.
D. Bakradze jurnalistlərə açıqlamasında partiyasının Bolnisidən Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Samirə İsmayılovanın və Qardabanidən Vahid Milli Hərəkat Partiyasının Qardabani şöbəsinin rəhbəri Ramin Bayramovun majoritar qaydada deputatlığa namizədliyini irəli sürəcəyini bildirib: "Biz parlament seçkilərində daha çox azərbaycanlının deputat seçilməsinin tərəfdarıyıq".
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024