Mobil versiya
İstanbulda baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb
Tarix: 14-11-2022 | Saat: 09:25
Bölmə:Özəl | çapa göndər

İstanbulda baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb

Türkiyənin səhiyyə naziri Fahrettin Qoca İstanbulun mərkəzində baş verən partlayışda yaralananların vəziyyətini açıqlayıb.

aia.az xəbər verir ki, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

"İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 39-u müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 42 xəstədən 5-i hələ də reanimasiyadadır, ikisinin vəziyyəti ağırdır", - deyə F.Koca qeyd edib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024