Ana Sayfa > Özəl > İstanbulda baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb
İstanbulda baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb14-11-2022, 09:25. Yazar: sevinc1 |
Türkiyənin səhiyyə naziri Fahrettin Qoca İstanbulun mərkəzində baş verən partlayışda yaralananların vəziyyətini açıqlayıb. aia.az xəbər verir ki, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb. "İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 39-u müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 42 xəstədən 5-i hələ də reanimasiyadadır, ikisinin vəziyyəti ağırdır", - deyə F.Koca qeyd edib. Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb. aia.az Tərcümə şöbəsi Geri dön |