“Dəmir yumruq” hər zaman işə düşə bilər
Tarix: 12-11-2022 | Saat: 18:56
Bölmə:Özəl / Media | çapa göndər
Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibələrinin birində qeyd etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır. Əgər 1992–ci ildə Azərbaycanda mərkəzi hakimiyyət güclü olsaydı, siyasi çəkişmələr baş verməsəydi, Şuşa heç vaxt işğal olunmazdı. Bu baxımdan Vətən müharibəsində Azərbaycan ictimaiyyəti Şuşanın azad olunmasını böyük səbirsizliklə gözləyirdi. 2020–ci il noyabrın 8–də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur yerimiz Şuşa şəhərinin azad edilməsi ikinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl xətlərlə yazılmış oldu. Təsadüfi deyil ki, ölkə Prezidentinin Şəhidlər xiyabanında xalqa müraciətində Şuşanın azad edilməsini bəyan etməsi Azərbaycanın hər bir guşəsində sonsuz sevinc və fərəhlə qarşılandı.
Ölkə başçımız İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə bildirmişdir ki, Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəlki erməni işğalından azad edən Azərbaycan silahlı qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. “Zəfər yolu” cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı.
I Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının səbəbləri bu gün xalqımıza gün kimi aydındır. 1991-ci ildə xalqın faciəsi, ağrı–acıları fonunda hakimiyyətə gələn və cəmi bir il hakimiyyətdə duruş gətirə bilən, səriştəsiz, diletant, naşı siyasəti, səriştəsiz, bacarıqsız idarəetmə qabiliyyəti sayəsində Azərbaycan iqtisadiyyatını dərin böhran vəziyyətinə salan, ölkəni vətəndaş müharibəsi həddinə gətirən, respublikanın hər yerində xaos, anarxiya, özbaşınalığın tüğyan olmasının səbəbkarı olan AXC-Müsavat cütlüyü torpaqların işğal olunmasının əsas günahkarı oldu. Vəzifə, hakimiyyət hərisliyi ilə alışıb–yanan, şəxsi mənafeləri milli mənafedən üstün tutan antimilli ünsürlər ərazimizin 20% -nin düşmən əsarəti altına düşməsində həlledici rol oynadılar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu xüsusda vurğulamışdır ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri məlumdur. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il müddətində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər. Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Azərbaycan xalqı isə bir yumruq kimi birləşərək tarixi missiyanı yerinə yetirdi.
30 ilə yaxın müddətdə Azərbaycan xalqı üçün ağır yük olan, onu daim incidən, ürəyini göynədən torpaq həsrətinə, yurd nisgilinə son qoyulması, işğal altında olan ərazilərin cəmi 44 gün ərzində azad olunması II Qarabağ müharibəsində əsl sərkərdə, xalqına qırılmaz tellərlə bağlı olduğunu sübuta yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin yenilməz qətiyyəti, polad iradəsi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, həyata keçirilən ən zəruri tədbirlər, görülən işlər, əsaslı şəkildə dəyişmiş beynəlxalq siyasi mühit, uğurlu diplomatik gedişlər, xalqımızın milli birliyi, hər bir azərbaycanlının bir yumruq olaraq öz rəhbərinin yanında olması sonucda xalqımızın möhtəşəm qələbəsini təmin etdi
Ölkə Prezidenti sözügedən çıxışında bununla bağlı qeyd etmişdir ki, Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq, yaxşı da qururuq.
Ermənistanın istənilən təxribatına baxmayaraq, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti–quruculuq işlərini davam etdirir. Artıq Zəngilanın Ağalı kəndinin sakinlərinin öz doğma yurdlarına qayıdışı ilə Böyük qayıdış planına start verilib. Azərbaycan dövləti yalnız öz gücü hesabına işğaldan azad edilmiş şəhər və rayonlarını, kəndlərini yenidən qurur. Düşmənin darmadağın etdiyi bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, tunellər, müasir yaşayış kompleksləri tikilir, sosial iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Bütün bunlarla yanaşı, həm də ordumuzun daha da güclü, qüdrətli olması üçün zəruri tədbirlər görülür.
Möhtərəm Prezidentimiz vurğulamışdır ki, Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük. Qarabağı və Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik.
Acı məğlubiyyətə uğramalarına baxmayaraq, Ermənistanda bir çox, revanşist, destruktiv qüvvələr vardır ki, onlar hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayır, Azərbaycan tərəfindən beynəlxalq hüquq və prinsiplərə əsaslanan “Sülh Müqaviləsi” şərtlərinə hər vəchlə mane olmağa çalışırlar. Ancaq unudurlar ki, “dəmir yumruq” hər zaman yerindədir və istənilən vaxt işə düşə bilər, özü də daha güclü şəkildə.
Ölkə başçımızın dediyi kimi, Azərbaycan ədalətli sülh istəyir, irəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza ilham verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.
Əzizağa Məmmədli,
“Qələbə” qəzetinin əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər