Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir
Tarix: 12-11-2022 | Saat: 18:51
Bölmə:Ölkə / Özəl | çapa göndər
44 günlük Vətən müharibəsi yalnız 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılmasıyla ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Bildiyimiz ki, Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin əsas məqsədlərindən biri türk dünyasında quru sərhədinin ləğv edilməsi olub. Həmin qüvvələr buna qismən nail də olmuşdular. Azərbaycandan Naxçıvana getmək üçün insanlar İran ərazisindən keçirdilər. Bəzi yükdaşımalar zamanı istər-istəməz müəyyən problemlər yaranırdı. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaqdır. Kommunikasiyaların işə düşməsi boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir. Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu, türk dünyasının birləşməsi deməkdir. Bütün bunların fonunda dəhlizin əhəmiyyəti hər kəs üçün aydındır. Beləliklə, Zəngəzur dəhlizinin açılışı Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəltməklə, onun iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artıracaqdır.
Beynəlxalq ekspertlərin fikrincə, Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, hazırda ağır sosial-iqtisadi durumda olan Ermənistana olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan tərəfi daha çox maraqlı olmalıdır. Son zamanlar Ermənistan hələ 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri unutmağa, fundamental şərtləri yerinə yetirməkdən yayınmağa çalışır. Amma Azərbaycan Prezidenti İlham Əliyev istər ölkə daxilində keçirdiyi tədbirlərdə, istərsə də beynəlxalq görüşlərdə bu məsələlər, xüsusən Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini açıqlayır. Prezident cənab İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışında qeyd etdiyi kimi: “Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu.”
Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb. Bütün bunlar deməyə əsas verir ki, Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Başqa sözlə, yeni yaranacaq nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək.
Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən nə real inkişaf yoluna çıxa, nə də hansısa transmilli xarakterli layihə həyata keçirə bilər. Bu mənada postmüharibə dövründə Azərbaycanın barış və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təklifləri Ermənistan üçün yeganə xilas yoludur. Bu fakt Ermənistan cəmiyyətinə, onun mandat verdiyi hakimiyyətə yaxşı bəlli olsa da, ölkə regional inteqrasiya reallıqlarını qəbul etmək, yeni iqtisadi əlaqələr qurmaq, nəqliyyat dəhlizləri açmaq əvəzinə hələ də öz köhnə şakərinə sadiq qalaraq hər şeyi “inkar sindromu”ndan çıxış etməyə üstünlük verir. Bunu Zəngəzur dəhlizi kontekstində də görmək mümkündür. Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb. Laçın dəhlizi üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit olunduğu və 10 noyabr bəyanatında bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. İndi Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nəzərdə tutulan qaydada icra etməsə, onda Azərbaycan Laçın dəhlizini bağlayacaq. Çünki Azərbaycan dəhlizlərlə bağlı belə disbalansın mövcudluğuna dözmək niyyətində deyil.
Bayram Rəhimov,
Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər