Eltun Süleymanov: “Azərbaycanın müəllifi olduğu yeni reallıqlar Türk dünyasının daha da güclənməsinə böyük töhfədir”
Tarix: 12-11-2022 | Saat: 13:39
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamət olub. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. O cümlədən bu gün Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi diqqəti cəlb edir. Cənab Prezident İlham Əliyev son 7 ayda artıq üç dəfə Özbəkistana səfər etmişdir və bu səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Dövlət başçımızın 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında da qeyd olunur ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Əlbəttə ki, bütün bu potensialınTürk dünyasının birlikdə daha da güclənməsinə yönəldilməsi bu günümüzün ən vacib məsələlərindəndir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında irəli sürülən təklif və təşəbbüslər Türk dünyasının inkişafına böyük töhfələr verəcək: “Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Türk dünyası böyük bir ailədir və bu ailənin bütün üzvləri bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın fəallaşdırılması vacib şərtdir. Həmçinin cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Buna görə də Təşkilata üzv ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daima diqqət mərkəzində saxlanmalıdır. Xüsusilə gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanlarının olmaması günümüzün əsas problemlərindən biridir. Əlbəttə ki, bu məsələ də təşkilatın gündəliyində olmalıdır. Öz növbəsində Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə hər zaman xüsusi diqqət yetirir. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərini bundan sonra da davam etdirəcək.”
Daha sonra E.Süleymanov Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə Türk dövlətlərinin yaxından cəlb olunmasının əhəmiyyətini vurğulayaraq bunları deyib: “İki il bundan öncə Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarının 30 illik işğalına son qoydu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Məlumdur ki, işğal nəticəsində Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Lakin bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıb. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Həmçinin işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır. Əlbəttə ki, bu, Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın bariz təzahürüdür. Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda yaranan yeni reallıqlar region ölkələri qarşısında böyük iqtisadi inkişaf perspektivləri açdı. Təbii ki, bu imkanlar regional iqtisadi əməkdaşlıqda maraqlı olan ölklər tərəfindən yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini vurğulayıb. Eyni zamanda Azərbaycanın müəllifi olduğu yeni reallıqlar Türk dünyasının daha da güclənməsinə böyük töhfədir. Belə ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək. Məhz buna görə Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024