Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə azadlığın və özgürlüyün simvolu olan bayrağı tərənnüm edərək yazırdı:
Tarix: 11-11-2022 | Saat: 11:47
Bölmə:Özəl | çapa göndər
Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
Bəli, bayraq bir millətin, xalqın kimlik rəmzidir.Bayraq rəngli parça deyil, millətin uğrunda ölə biləcəyi simvoldur. Azərbaycan Respublikasının üçrəngli bayrağı özündə ehtiva etdiyi mənalarla türkçülüyün, islamın və müasirliyin cəmləşdiyi milli məfkurənin, azadlığın, mədəniyyətin və özgürlüyün təcəssümüdür.
Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.
1919-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində dalğalandı. Məhz o zaman da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında «Bir kərə yüksələn bayraq, bir daha enməz» məşhur kəlamını söyləmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Həm də yalnız gözləməklə kifayətlənmədi. Onun uğrunda diktator Sovet hakimiyyətinin kəskin qadağalarına baxmayaraq əzmlə, təmkin və qeyrətlə mübarizə apardı. Əzm və şücaət göstərdi, nəhayət, o gün gəlib çatdı. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi.
Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Bu gün başımız üstündə dalğalanan, şəhid qanı ilə boyanmış üçrəngli bayrağımız and yerimiz, qürur mənbəyimizdir.
Əsrlər ötəcək, zaman dəyişəcək. Amma bu sevgi, bu qürur dəyişməz olaraq qalacaqdır. Çünki bayraq sevgisi Vətən sevgisidir, milli məfkurə sevgisidir.
Mən sənin hüsnünü necə vəsf edim?
İki göz gərəkdir görələr səni.
Sən elə çiçəksən Vətən bağında,
Gərək sevə sevə dərələr səni.
Ruhuma can verir ulduzun, ayın,
Söylə, bu cahanda varmıdır tayın?
Buludlar yastığın, göylər çarpayın,
Üstündə tül bilir zirvələr səni.
Şəhid köynəyisən, geyənlər bilir,
Səni vəsf eləyib öyənlər bilir,
Sənə varlığımsan, deyənlər bilir,
Günəşin teliylə hörələr səni.
Sən bizə Tanrının ərməğanısan,
Sən ulu millətin şöhrət, şanısan,
Sən sənə məftunun din-imanısan,
Yandırmaz ən odlu kürələr səni.
Ey mənim göz nurum, bəxtiyarlığım,
Ey azad olmaqda inadkarlığm,
Nə qədər Şəmsi var, sənsən varlığım,
Öləndə üstümə sərələr səni.
Şəmsi Qoca
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər