Azərbaycan nümayəndə heyəti İstanbulda Zəfər Günü ilə bağlı uğurlu beynəlxalq konfrans təşkil etdi -Fotolar
Tarix: 06-11-2022 | Saat: 10:14
Bölmə:Gündəm / Özəl | çapa göndər
3 Noyabr 2022- ci il tarixində Türkiyənin İstanbul şəhərində , İstanbul Aydın Universiteti, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi və Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Türk-Azərbaycan Birliyinin Zəfəri: Şuşanın geosiyasi əhəmiyyəti və multikultural mühitdə yeri” adlı beynəlxalq konfrans təşkil edildi.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
aia.az xəbər verir ki, İstanbul Aydın Universitetində baş tutan beynəlxalq konfrans tədbirin moderatoru Hande Ayancı tərəfindən açıq elan edilərək, tədbirin proqramı haqqında iştirakçıları məlumatlandırdı. Türkiyə Cümhuriyyətinin sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda İstanbul Aydın Universitetinin və Türkiyənin bir sıra tanınmış universitetlərinin müəllim və tələbə heyəti , eləcə də xarici tələbələr iştirak edirdilər.
İstanbul Aydın Universitesi rektör yardımçısı Prof. Dr. Mehmet Hakan Keskin mövzu ilə bağlı giriş məruzəsini etdi. Daha sonra Türkiye Hizmet –İş Sendikası Genel Başkan vekili Mehmet Keskin, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyin sədri Xəyalə Məmmədova “Azərbaycanın multikulturalizm siyasəti: Milli-mənəvi və mədəni irsimizin formalaşmasında Şuşanın rolu” haqqında geniş təqdimatını, Ankara Haci Bayram Veli Universitetinin İslam İlimler Fakültesinin professoru Eldar Həsənoğlu “Qarabağın dini abidələri və erməni vandallığı” adlı təqdimatını , Dr. Raqıp Kutay Karaca mövzu ilə bağlı çıxışını konfrans iştirakçılarının diqqətinə çatdırdılar.
Məruzələrdə qeyd edildi ki, Azərbaycanın Vətən müharibəsində qazanılan möhtəşəm qələbəsi Türk dünyası tarixinin ən parlaq səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdu olan torpaqlarına qovuşdu. Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası olduqca zəruridir. Şuşa bizim qədim, tarixi şəhərimizdir və əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıblar.Bu baxımdan, strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu bilirik və Şuşanın bərpası, dirçəlməsi yolunda hamımızın əmək göstərməsi vacibdir.
Tədbirin proqramına uyğun olaraq, Millət vəkili Akademik Ziyad Səmədzadə canlı bağlantı ilə tədbirə qoşularaq,video-çıxışını iştirakçılara təqdim etdi.Qeyd etdi ki, Türkiyə və Azərbaycan əsrlər boyu dərin tarixi qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Azərbaycanla həmrəylik göstərən Türkiyə haqq savaşında daim bizim yanımızda oldu.
Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edərək, iştirakçıların təklifləri dinlənildi , sualları cavablandırıldı. Konfrans sonunda İstanbul Aydın Universitesi rəhbərliyi tərəfindən konfrans məruzəçilərinə diplom təqdim olundu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024