Ali Baş Komandan cənab İlham Əliyev uzun illər davam edən erməni təxribatlarına son qoydu
Tarix: 05-11-2022 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər
Ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər törədilmiş erməni təxribatlarının sayı-hesabı yoxdur. Bu tayfanın mənsubları torpaqlarımızda məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə olduğu kimi Sovet dönəmində və müstəqillik illərində də davam etmişdir. Lakin 2020-ci ilin sentyabr-noyabr aylarında artıq bütün bu haqsızlıqlara birdəfəlik son qoyuldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu erməni faşizminin başını əzdi və bütün şəhidlərimizin qisasını döyüş meydanında düşməndən aldı.
Bu gün Azərbaycan öz qədim və şərəfli tarixinin ən möhtəşəm, ən şanlı günlərindən birini – Zəfər Gününü böyük coşqu ilə qeyd edir. İki il bundan öncə, 2020-ci il noyabr ayının 8-də Vətən müharibəsinin gedişində Azərbaycanın tarixən mədəniyyət mərkəzi olmuş, bu gün isə artıq rəsmən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət paytaxtı elan olunmuş qədim Şuşa şəhəri rəşadətli ordumuz tərəfindən erməni işğalından azad edildi. Xatırlamaq yerinə düşər ki, 1992-ci ilin may ayının 8-də məhz Şuşanı ələ keçirməklə Ermənistanın işğalçı silahlı qüvvələri qondarma Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Həmin hadisədən 28 il sonra isə Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə Dağlıq Qarabağ münaqişəsinə və ümumiyyətlə belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Bir vaxtlar mövcud olmuş Dağlıq Qarabağ üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı. Həqiqətən də Şuşanın azad edilməsi Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində başlamağa məcbur qaldığı Vətən müharibəsinin gedişində ən vacib qələbələrdən biridir. İlk növbədə nəzərə almaq lazımdır ki, Şuşa və ətrafındakı dağlıq ərazi yerləşdiyi bölgədə strateji cəhətdən ən əhəmiyyətli yerlərdən biridir və şəhər özü bu ərazilərin müdafiəsində kilid nöqtəsi rolunu oynayır. Həmçinin Şuşa Laçın dəhlizini bilavasitə nəzarətdə saxlamaq imkanı verir. Məhz Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra erməni hərbçiləri arasında demoralizasiya və fərarilik halları özünün pik həddinə çatdı. Şuşanın azad olunmasından dərhal sonra, noyabrın 9-da Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Ermənistanın baş naziri Nikol Paşinyan iki gün sonra, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə bəyanat imzalamağa məcbur oldu. Faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan bu sənədin imzalanması ilə Azərbaycan ərazilərinin 30 il ərzində davam edən işğalına son qoyuldu, münaqişə başa çatdı.
Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. İşğal dövründə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.
Fəzail Bağırov,
Azərbaycan Dəmiryolçularının Müstəqil
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024