Xacmazda "8 Noyabr Zəfər günü"nə həsr olunmuş ,,Qalıb Azərbaycan" adlı tədbir keçirilib
Tarix: 04-11-2022 | Saat: 10:55
Bölmə:Özəl | çapa göndər
Xacmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti və Xalça muzey filiallarının birgə təşkilatçılıgı ilə
"8 Noyabr Zəfər günü"nə həsr olunmuş ,,Qalıb Azərbaycan" adlı tədbir keçirildi. Tədbir dövlət himninin səslənməsi və vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Giriş sözü ilə Döyüş Söhrəti muzeyinin direktoru Vəlixanova Afət çıxış edərək, dövlətimizə və xalqımıza əbədi müstəqillik və azadlığı qazandıran 44 günlük müharibə və böyük Zəfər haqqında məlumat verdi. Mövzu ilə bağlı Xalca muzeyinin əməkdaşı Rüstəmova Dilarə məruzə ilə çıxış etdi.
Tədbirin rəsmi hissəsi digər çıxışlarla davam etdi.
aia.az xəbər verir ki, Xacmaz rayon İcra Hakimiyyəti Humanitar işlər üzrə şöbənin baş məsləhətçisi, ehtiyatda olan hərbi qulluqçu, mayor, qazi Tariyel Didarov, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, XRİH-nin Şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Arzumanov Cavid, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Həmkarlar komitəsinin sədri Qərib Umudov, şəhid anası Hacıyeva Validə, Vətən müharibəsi qaziləri Məmmədov Zeynal, Əsədullayev Yusif, Əhmədov Sənanın çıxışları dinlənildi.
Tədbirin bədii hissəsində Xacmaz şəhər B. Rəsulov adına 5 nomrəli orta məktəbin 3c sinif şagirdlərinin ifasinda bədii kompozisiya nümayiş olundu.Xudat UGİM-nin dərnək üzvləri Vəlixanova Fidanın ifasında ,,Şuşanın daglari", Qasımli Azərin ifaşında ,,Xudayar təsnifi" Hacızadə Lamiyənin ifasında ,,Sari gəlin" rəqsi numayış olundu . A.Səlimov adına 7 nomrəli məktəbin şagirdlərinin ifasında vətənpərvər şerlər səsləndi.Tədbirdə fəal iştirak edən məktəblilərə təşəkkürnamələr təqdim edildi. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024