Mobil versiya
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ƏLCƏZAİRƏ SƏFƏRİ – ŞƏRH
Tarix: 03-11-2022 | Saat: 16:24
Bölmə:Özəl | çapa göndər

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ƏLCƏZAİRƏ SƏFƏRİ

 Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.
Ərəb Dövlətləri Liqasının Sammitində fəxri qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunun sübutudur
Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, regionda sülhyaratma və təhlükəsizliyin təmin olunmasında əldə etdiyi nailiyyətlər, atdığı addımlar və irəli sürdüyü təşəbbüslər həm bölgənin, həm də bütövlükdə dünyada təhlükəsizliyin təmin edilməsinə yönəlib. Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsi nüfuzu, bacarıqlı diplomatiyası, müdrikliyi, yeni vəziyyəti və gələcək hədəfləri görmə bacarığı sayəsində mümkün olmuşdur. Ölkəmiz region, eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu, etibarlı, qarşılıqlı maraqlara, sabitliyə, iqtisadi inkişafa xidmət edən əlaqələr qurmaqla yanaşı, həm də müasir beynəlxalq münasibətlər sistemində, dəyişən dünyanın yeni siyasi nizamında öz yeri, mövqeyi və nüfuzu ilə seçilir.
Cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Sammitində iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut etmiş oldu.
Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin qədim tarixi var. İki ölkənin əlaqələri ortaq İslami dəyərlərə, mədəniyyətə və adət-ənənələrə əsaslanır. Hələ sovet dönəmində əlcəzairli tələbələr Azərbaycan universitetlərində təhsil alıb. Altmışıncı illərdə Əlcəzair hökuməti çoxlu əlcəzairli gənci Bakı Hərbi Dənizçilik Məktəbində oxumaq üçün Azərbaycana göndərib və həmin müdavimlər Əlcəzair Milli Hərbi Dəniz Qüvvələrində yüksək vəzifələr tutublar. Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan əlcəzairli tələbələr də çox olub. Azərbaycanlılar da Əlcəzairdə müxtəlif neft-kimya sahələrində çalışıblar.
Əlcəzair hər zaman ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəkləyib və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı da nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı Əlcəzair portallarında ölkəmizin haqq savaşı, bu savaşda qazandığı möhtəşəm Qələbəsi barədə məqalələr dərc edilib.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə