“Azərişıq”ASC: Xalqa xidmət, yoxsa?..
Tarix: 08-06-2016 | Saat: 13:21
Bölmə:Seçilənlər | çapa göndər
Bu gün insanların ən çox istifadə etdikləri kommunal xidmətlər bizə yaxşıca tanış olan “Azəriqaz”, “Azərsu”, və “Azərişıq” tərəfindən həyata keçirilir. Bu qurumlar artıq Azərbaycanda kifayət qədər aktiv fəaliyyət göstərən strukturlara çevriliblər ki, həm də dövlətin nəzarətindədirlər.
Lakin zaman-zaman vətəndaşların bu qurumlardan narazılıq etdiklərinin şahidi oluruq. Struktur problemləri, xidmətin zəifliyi, təchizatların həyata keçirilməsində ortaya çıxan maneələr sakinləri bəzən o qədər narazı salır ki, onlar öz şikayətlərini mətbuat orqanları vasitəsilə ölkə rəhbərliyinə çatdırmağı məqsədəuyğun hesab edirlər.Abonentlərdən olmayan borclara görə pul tələb edilməsi, sayğacların başına oyun açılması halları mətbuatda dəfələrlə qabardılıb. Geniş analiz etdikdə, bu günün özündə də sakinlərin qaz təsərrüfatından və su təchizatı sahəsindən narazılıqlarının, ciddi şikayətlərinin daha çox olduğunu müşahidə etmək mümkündür.
“Azəriqaz”, “Azərsu” şirkətlərinin vətəndaşlara xidmətindəki problemlərə daha çox rast gəlinir.Ancaq onlarla müqayisədə “Azərişıq” ASC-nin daha operativ işləməsi göz önündədir,elə buna görə də sakinlərin bu qurumdan narazılığına şahid olmaq çox çətindir.
Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təmin edən “Azərişıq” ASC-yə abonentlər tərəfindən istifadə olunan elektrik enerjisi pulunun ödənilməsində də artıq hər hansı problem yoxdur. Yəni, artıq abonentlər “Azərişıq” ASC-dən ölkə prezidentinə, aidiyyatı qurumlara məktublar ünvanlamır, işıq sayğaclarının normadan artıq enerji sərfi qeyd etdiyinə dair narazılıqlarını ifadə etmirlər. Əksinə,“Azərişıq”ASC daim inkişafa yönələn və ölkənin enerji təchizatı məsələsində yeniliyə, müasirliyə can atan bir struktur kimi formalaşır. Qurumun rəhbəri Baba Rzayevin uğurları isə bir-birini əvəz edir. Hətta, ölkə prezidenti İlham Əliyev paylayıcı elektrik şəbəkələrinin açılışında “Azərişıq”ın qısa müddətdə əldə etdiyi uğurları açıq şəkildə etiraf edir. Bütün bu inkişafa baxmayaraq, mətbuat həmişəki tək “Azərişıq” ASC-ni “Azəriqaz”, “Azərsu” ilə eyni səviyyədə qəbul edib,bəzən yanlış tənqid yazır. Hətta müəyyən kəsim mətbuat nümayəndələri əsassız olaraq Baba Rzayevi sahibkarlardan haqq toplamaqda ittiham edir,onu sahibkarların qənimi kimi qələmə verir.
Amma, mətbuat camiəsinə sirr deyil ki, bu gün sahibkarlar ortaya çıxaraq digər qurumlardan etdikləri narazılıgı “Azərişıq”a şamil edib,bu qurumdan rəsmi qaydada şikayətlərini dövlət orqanlarına ünvanlamırlar,olkə prezidentinə müraciət etmirlər.Demək, bazar iqtisadiyyatı tələblərinə cavab verən keçid dövrü artıq” Azərişıq”ASC üçün arxada qalıb. Digər kommunal xidmətləri həyata keçirən şirkətlərdən fərqli olaraq “Azərişıq” ASC-nin fəaliyyətində nöqsana rast gəlmək tədricən yox səviyyəsinə enir, abonentlər,fiziki və hüquqi şəxslər bir qayda olaraq bu qurumun fəaliyyətini qənaətbəxş hesab edirlər.Belə oldugu halda haqlı bir sual meydana çıxır:-Fəaliyyətləri maneə və əngəli aradan qaldırmada vasitə olan mətbuat orqanları,nədən əks mövqe tutur,“Azərişıq” ASC-nin fəaliyyətinə maneə yaradır,əsassız tənqid yazırlar?!Nədən düşünülmür ki, sahibkarların hüququnu pozması, haqsızlıq etməsi kimi reallığa uyğun olmayan məlumatlar “Azərişıq”a şamil edilib,sonradan təsdiqini tapmayanda mətbuatın nüfuzunu heçə endirir, on illərlə geniş imkanlardan məhrum olmasına səbəb olur.Əslində normal düşüncəli jurnalist bu fikirlərin məğzini tuta bilir.Beynəlxalq praktikada mətbuata inam mətbu orqanın oxucu auditoriyyası ilə götürülür,bu həmdə bir çox nüfuzlu şirkətlərin reklam bazarını həmin mətbuat üçün açıq etməsinə səbəb olur.Bu o halda baş verir ki,həmin mətbu orqanın yazdıqları əvvəl və sonrakı mərhələdə özünü doğruldur.Yəni,inam iqtisadi imkanların təməlinə təkan verir.Bizdə isə hələki mətbuat bu kimi təməl prinsiplərinə fikir vermək istəmir,adi bir şayiə xəbərə çevrilir,ucuz,ömrü çox qısa olan “tədbirlər” həyata keçirilir.
Fuad İsgəndərov
Faktinfo.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024