Mobil versiya
Nə qədər azərbaycanlı qız əcnəbiyə ərə gedib? - STATİSTİKA
Tarix: 08-06-2016 | Saat: 11:40
Bölmə:Seçilənlər-5 | çapa göndər




Ötən il 1291 Azərbaycan vətəndaşı olan qadın ilə xarici ölkə vətəndaşı olan kişi arasında nikah bağlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmçinin ötən il 1281 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha daxil olub. Ötən il qeydə alınan nikahların sayı 68,8 min olub.

Ümumilikdə isə 2014-cü ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 84,9 min nikaha daxilolma halları qeydə alınıb ki, onlardan 1635-i Azərbaycan vətəndaşı olan qadınla xarici ölkə vətəndaşı olan kişinin nikahı olub. Həmin il ölkədə 1499 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha girib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə