Novruzəli Aslanov: “Türkiyə-Azərbaycan birliyi regionda sülhün və sabitliyin qarantıdır”
Tarix: 22-10-2022 | Saat: 13:09
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“2022-ci il oktyabrın 20-də Türkiyə və Azərbaycanın dövlət başçıları birgə tariximizin növbəti səhifəsini yazdılar. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də iki ölkənin dövlət başçıları tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ilə tamamilə yeni bir mərhələyə keçid almış oldu. Şuşa Bəyannaməsi, yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları Türk dünyasının gücünə güc qatan Türkiyə-Azərbaycan birliyini və qardaşlığını bütün dünyaya bəyan edən ciddi mesaj oldu. Həmçinin bu tarixi sənəd ölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı, münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının təminatçısına çevrildi. Şuşa Bəyannaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucalmış Türkiyə və Azərbaycan münasibətləri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu gün isə ölkələrimiz işğaldan azad olunmuş Azərbaycan ərazilərinin yenidən qurulması işində yenə də çiyin-çiyinədirlər.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi Vətən müharibəsinin gedişində olduğu kimi, bu gün də ölkələrimizin və xalqlarımızın sarsılmaz iradəsini, yenilməz gücünü dünyaya nümayiş etdirir: “Cənab Prezident İlham Əliyev Cəbrayılda Türkiyə Prezidenti ilə keçirdiyi təkbətək görüşdən sonra mətbuata bəyanatla etdiyi çıxışında vurğuladı ki, Zəngilan şəhərini azad olunduğu tarixdə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Həqiqətən də İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək ifadə etməsi, ölkəmiz üçün ən əhəmiyyətli fakorlardan biri kimi çıxış etmiş oldu. Türkiyə Prezidenti Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır, - deməklə hərbi əməliyyatlara üçüncü tərəf kimi müdaxilə etmək niyyətində olan bütün qüvvələrin qarşısına keçiməz sədd çəkmiş oldu. Bu siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Bu gün isə Türkiyə öz dəstəyini artıq işğaldan azad edilmiş ərazilərimizin bərpası işində göstərir. Bu gün yenidən qurulan Qarabağda və Zəngəzurda Türkiyə-Azərbaycan birliyi yenə də öz gücünü, öz potensialını dünyaya nümayiş etdirir. Qeyd etmək lazımdır ki, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri çox fəal çalışırlar və nisbətən qısa müddət ərzində artıq çox işlər görülüb. Lakin Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün hələ daha böyük işlər görüləcək və Azərbaycan bütün bu işlərin də öhdəsindən ləyaqətlə gələcək.”
Sonda N.Aslanov Türkiyə-Azərbaycan birliyinin regionda sülhün və sabitliyin qarantı olduğunu vurğulayaraq bunları deyib: “Az öncə də qeyd etdiyimiz kimi, artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Əlbəttə ki, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsində də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Beləliklə, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli sülh və sabitlik amili kimi çıxış edir və hər kəs bununla hesablaşmalıdır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024