Ölkəmiz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır.
Tarix: 20-10-2022 | Saat: 13:16
Bölmə:Media | çapa göndər
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.
Qeyd edək ki, Dövlətimizin Başçısı Zirvə Toplantısında çıxış edərək bir çox məqamlara toxunub. Prezident İlham Əliyev çıxış edərək bildirib ki, 30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılıb. Onuda vurğulayıb ki, Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır və Ermənistanın müharibə cinayətlərinin bu günə kimi davametdirir. Bütün çıxışlarında Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəf olduğunu qeyd edən cənab Prezident, Zirvə Toplantısında bunu bir daha vurğulayıb və Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etdiyini bildirib.
Qeyd edək ki, iki il əvvəl ikinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Təəsüf hissi ilə qeyd edək ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilkin hesablamalara görə, işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmiz tərəfindən “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb. Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana əlaqəlrin normalaşması üçün sülh sazişi imzalamağı təklif edib. Azərbaycan dövləti 44 günlük şanlı Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməklə, tarixi ərazilərini bərpa edib. Rəsmi Bakı bu gün artıq regionda davamlı sülh üçün çalışır. Bu, bir həqiqətdir və hər kəsə bəllidir ki, Azərbaycanın sülh mesajları regionun tərəqqisinə xidmət edir. Cənubi Qafqazda sülh bərqərar olsa, bu, hər üç dövlətin xeyrinə olacaq və onların inkişafına çox müsbət təsir edəcək. Ermənistanda bunu dərk etməyin vaxtı çatıb. Rəsmi İrəvan bölgədə yaranmış yeni reallıqların fərqinə varmalıdır. Əsasız iddialarından əl çəkməkli, gələcəyə baxmalı, sülh, sabitlik və əməkdaşlıq barədə düşünməsi lazımdır.
Təəsüf hissi eli qeyd edilməlidir ki, Ermənistan bu gün də məqsədli şəkildə sülh müqaviləsinin imzalanmamasına çalışır. Bəzi dünya gücləri baş verənlərə yenə də seyrçi mövqedə dayanmaqla dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinin mövcud olmadığını nümayiş etdirirlər. Bütün hallarda Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənərək irəliyə doğru inamla addımlayır, hər bir məsələnin həllində beynəlxalq hüququn rolunu önə çəkir. Ölkəmiz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır.
Semur Əsgərov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər