Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələrinin inkişafı bütün Türk dünyasının gücünü artırır”
Tarix: 13-10-2022 | Saat: 13:51
Bölmə:Manşet / Siyasət / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələrinin inkişafı bütün Türk dünyasının gücünü artırır”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 11-də Qırğız Respublikasına etdiyi rəsmi dövlət səfəri xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşməsinə, əməkdaşlıq əlaqələrinin daha da inkişafına xidmət edəcək. İki ölkənin dövlət başçılarının görüşü zamanı strateji tərəfdaşlıq ruhunda Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparılıb. Danışıqlar iki ölkə arasında qardaşlıq münasibətlərini xarakterizə edən tam qarşılıqlı anlaşma, açıqlıq, etibar mühitində keçib. Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlıq konkret nəticələrə hədəflənmişdir və məhz buna görə də nəzərdə tutulandan daha tez həyata keçir. Dövlətimizin başçısı yarım il bundan öncə keçirilmiş Bakı görüşü zamanı birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın da əhəmiyyətini qeyd edərək bildirib ki, bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib
.

Həmçinin müsahibimiz Azərbaycan ilə Qırğızıstan arasında yarım il bundan əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayaraq bunları deyib: “ Yarım il bundan əvvəl Azərbaycan və Qırğızıstan Prezidentləri tərəfindən imzalanmış ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə mövcud münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarmışdır. Öz çıxışında cənab Prezident İlham Əliyev bu tarixi sənədlə müəyyən edilmiş müddəaların bir çoxunun artıq real siyasət sahəsinə transformasiya olunduğunu da vurğuladı. O cümlədən dövlətimizin başçısı mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrinin ətraflı müzakirə edildiyini bildirdi. Azərbaycanın “Azersky” və “Azerspace-1”kosmik peyklərinin Qırğız tərəfdaşlarımıza xidmətlər göstərməsi də ölkələrimiz arasında effektiv əməkdaşlığın konkret nümunələrindən biri kimi qeyd oluna bilər. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün perspektivli imkanlar yaranacaq. Diqqətəlayiq haldır ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri səmimi münasibətlərə əsaslanır. Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışı, eləcə də Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzidir və qardaş ölkələr arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir.”

Daha sonra E.Süleymanov Azərbaycan ilə Qırğızıstan arasında əlqalərin inkişafının bütün türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə gözəl töhfə olduğunu bildirib: “Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə keçirilmiş iclasında çıxış edən cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, ölkələrimiz arasında əlaqələrin inkişafı bütün Türk dünyasının potensialını yüksəldir. Gələn ay keçiriləcək Zirvə Görüşü isə Türkdilli dövlətlərin həmrəyliyini daha da möhkəmləndirəcək. dövlət başçımızın dediyi kimi, biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024