Mobil versiya
Yəmən qiyamçıları Amerika Abramsını partlatdılar - VİDEO
Tarix: 25-08-2015 | Saat: 16:36
Bölmə:Şou-biznes / Seçilənlər-3 / Manşet / Karusel | çapa göndər


Hava hücumları nəticəsində yüzlərlə yəmənli həlak olub.

Yəmən ərazisinə Səudiyyə Ərəbistanının quru qoşunlarının qruplaşmasının, o cümlədən Abrams M1A2SA tanklarının daxil edilməsi bu tankların Yəmən housitləri ilə hərbi döyüşlərdə dərhal itirilməsinə gətirib çıxardı.

Aia.az Oxu.Az-a istinad xəbər verir ki, qiyamçıların təqdim etdikləri videoçarxda Səudiyyə Ərəbistanının iki M1A2SA tankının “Faqot” tank əleyhinə raket kompleksindən (ötən əsrin 70-ci illərində silahlanmaya qəbul edilib) istifadə edərək məhv edilməsi əks olunub.

Birinci Abrams tankın vurulması tankda olan sursatın partlamasına səbəb oldu.

Yəmən hakimiyyətindən narazı olan şiə qiyamçı-housitlər 2014-cü ilin sentyabr ayında ölkənin paytaxtı Sananı işğal edərək cənuba doğru hücuma keçdilər.

Bundan sonra qiyamçılar, prezident Abd Rabbo Mansurun son sığınacağı Adeni zəbt etdilər, dövlət başçısı 2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanına qaçdı.

Martın sonunda səudiyyəlilərin başçılıq etdikləri koalisiya, housitlərə qarşı hərbi kampaniyaya başladı, məqsəd isə Hadini hakimiyyətə qaytarmaq idi. Hava hücumları nəticəsində yüzlərlə yəmənli həlak olub.

İyulun ortasında Hadini dəstəkləyən qoşunlar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın yardımı ilə ölkənin cənubunda yerləşən liman şəhəri Adeni zəbt etdilər, bu şəhər uğrunda döyüşlər yazdan bəri gedirdi.
[media=https://youtu.be/a2GR-g9777k]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024