Mobil versiya
Azərbaycanlı çobanın Ermənistana keçməsinin səbəbi bilindi
Tarix: 21-10-2026 | Saat: 16:02
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanlı çobanın Ermənistana keçməsinin səbəbi bilindi

Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.

aia.az Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.

O, mütəmadi spirtli içki qəbul edirmiş. Çoban hadisə günü də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.

Məlumata görə, sərhədi keçən şəxsin psixoloji problemləri olub və bir neçə dəfə də bu xəstəlikdən müalicə alıbmış.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2026