Ermənistanda siyasi gərginlik artır – Merliyə namizəd də daxil olmaqla 14 nəfər saxlanıldı
Tarix: 21-10-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Stepanavan şəhərində keçirilən əməliyyat zamanı müxalifətdə olan “Güclü Ermənistan” partiyasının üzvləri və tərəfdarları saxlanılıb.
Bu barədə Ermənistan parlamentinin deputatı Areqa Ovsepyan sosial şəbəkə hesabında məlumat yayıb.
Deputatın sözlərinə görə, saxlanılanlar arasında partiyanın Stepanavan merliyinə namizədi Arsen Qevorqyan da var. Ümumilikdə 14 nəfərin Antikorrupsiya Komitəsinə aparıldığı bildirilir.
Ovsepyan baş verənləri siyasi təqib kimi qiymətləndirərək baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti müxalifətə təzyiq göstərməkdə ittiham edib.
Deputat bildirib ki, Stepanavanda səhər saatlarından axtarışlar aparılıb və partiya fəallarının saxlanılması yerli siyasi proseslərdə gərginlik yaradıb.
Saxlanılan şəxslərə qarşı irəli sürülən konkret ittihamlar barədə hələlik məlumat verilməyib. Hakimiyyətin əməliyyatla bağlı mövqeyi də təqdim olunan məlumatda yer almır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-10-2026