Ermənistan Çexiyadan milyonluq hərbi təyyarələr alacaq? – Papikyanın səfəri diqqət çəkdi
Tarix: 21-10-2026 | Saat: 20:16
Bölmə:Özəl | çapa göndər

Ermənistanın müdafiə naziri Suren Papikyanın Çexiyaya səfəri zamanı hərbi təyyarə istehsalçısı “Aero Vodochody” şirkətində olması yeni silah alışları ilə bağlı müzakirələrə səbəb olub.
Şirkət reaktiv təlim və yüngül döyüş təyyarələrinin istehsalı ilə tanınır. Onun əsas məhsulları arasında L-39 Skyfox, L-159 ALCA və L-39 Albatros modelləri yer alır.
Bu təyyarələr əsasən hərbi pilotların hazırlanması və məhdud döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Onların imkanları ağır çoxməqsədli qırıcılarla eyni deyil.
Belə təyyarələrin qiyməti milyonlarla dollar təşkil edir. Məsələn, Çexiyanın LOM Praha müəssisəsi 2022-ci ildə dörd L-39NG təyyarəsinin alınması üçün 1,3 milyard kron dəyərində müqavilə bağlayıb. Təlim və əlavə avadanlıqlarla birlikdə paketin ümumi məbləği 2,1 milyard kron olub.
Ermənistanın 2026-cı il üçün müdafiə büdcəsinin 563,1 milyard dram nəzərdə tutulduğu, bunun əvvəlki illə müqayisədə təxminən 15 faiz az olduğu bildirilir. Lakin büdcənin azalması yeni hərbi texnika alışlarını istisna etmir.
Hələlik Ermənistanın Çexiyadan hərbi təyyarə alması barədə rəsmi müqavilə açıqlanmayıb. Papikyanın səfərinin konkret silah alışına çevrilib-çevrilməyəcəyi məlum deyil.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-10-2026