Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir
Tarix: 04-10-2022 | Saat: 10:07
Bölmə:Media | çapa göndər
2020-ci il oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Cəbrayıl rayonunda yerləşən tarix-memarlıq abidəsi olan Xudafərin körpüsünü işğaldan azad etdi. Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsü düşmən işğalından azad olunduqdan sonra əraziyə Dövlət Bayrağımız sancıldı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olundu. Bununla da 27 ildən sonra Xudafərin körpüsünün üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.
Tarix boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən Xudafərin körpüsü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilib. Xudafərinin azad edilməsi strateji uğur olmaqla yanaşı həm də tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması idi. Çünki Xudafərin tarixi-mənəvi baxımdan da müstəsna əhəmiyyətə malikdir. Bunlarla yanaşı, böyük strateji əhəmiyyətə malik olan Xudafərin körpüsü həm də, Qarabağda gedən döyüşlərdə olduqca əhəmiyyətli məntəqələrdən biri idi. Belə ki, Xudafərin körpüsünün yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndir. Ondan sonra Zəngilan, ardınca da Qubadlı rayonu yerləşir. Bu baxımdan, Xudafərin körpüsünün azad olunması tapşırığının uğurlu icrası xüsusi əhəmiyyət kəsb edirdi. Əməliyyat planına uyğun olaraq Arazboyu istiqamətdə düşmənin mövqelərinə 12 km-dək sızma həyata keçirildi, pusqu quruldu, düşmən qüvvələri heyətimizin döyüş əzmi, peşəkar hazırlığı qarşısında tab gətirməyərək ciddi canlı qüvvə tələfatı verdi və geri çəkildi, biz həmin ərazidə yerləşən strateji yüksəkliyin ələ keçirilməsinə nail olduq.
Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Qəbul edilən tarixə görə, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa olunub. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkincisi isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.
Xudafərinin düşmən işğalından azad edilməsi hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərina sahib çıxması olmaqla yanaşı, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisədir. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Otuz ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdəki evlər, bağçalar, məktəblərlə yanaşı, tarixi abidələrimizin də dağılması barədə məlumatlar alırdıq. Digər milli-mənəvi dəyərə malik abidələrimiz kimi, Xudafərin körpüsündən də narahat idik. Artıq bu abidə təhlükədən qurtulub. Xudafərin onun dəyərini bilən, tarixinin bir parçası olan övladları ilə birlikdədir.
Sübhan Xəlilov,
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65