Mobil versiya
Ukraynada azərbaycanlı ailənin meyitləri tapılıb
Tarix: 29-09-2022 | Saat: 11:22
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynada azərbaycanlı ailənin meyitləri tapılıb

Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.

“Report”un Şərqi Avropa bürosunun Xarkov vilayətində olan əməkdaşının məlumatına görə, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb.

Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.

Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.

Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2022