1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib FOTO
Tarix: 01-06-2016 | Saat: 14:23
Bölmə:Seçilənlər-6 | çapa göndər
Binəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqların nağıl dünyası" adlı tədbir keçirilib.
Aia.az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin və "Dilbərim" rəqs qrupunun kollektivləri iştirak ediblər.
Öncə tədbiri 298 saylı bağçanın balaca fidanları açaraq onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir "Sülh göyərçinləri" adlı kompozisiya ilə start götürüb.
Sonra qonaqları salamlayan 298 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Əhmədova tədbirin proqramı haqqında məlumat verib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini V.İsmayılov uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Çıxışlardan sonra Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubu oxunub və il ərzində rayonun bütün tədbirlərində, layihələrində aktiv iştraklarına görə 272, 298 saylı körpələr evi-uşaq bağçalarına və "Dilbərim" rəqs qrupuna Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür məktubları təqdim edilib.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırlamış "Uşaqların nağıl dünyası" adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq "Uşaqların nağıl dünyası" adlı tədbir Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyə edilən tortun kəsilməsi ilə yekunlaşıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024