Mobil versiya
Narkokuryerliyə cəlb olunan daha 34 nəfər tutulub
Tarix: 26-09-2022 | Saat: 14:18
Bölmə:Ölkə | çapa göndər

Narkokuryerliyə cəlb olunan daha 34 nəfər tutulub

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 34 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən AİA.Az-a verilən xəbərə görə, həmin şəslərdən 9 kiloqram, o cümlədən 4 kiloqram heroin, 1 kiloqram metamfetamin və 4 kiloqram marixuana aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram, cümlədən 27 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 14 kiloqram marixuana, həmçinin 4 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən sonuncu faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024