Bakı qəbirstanlıqlarının qeyri-adi baş daşları (VİDEO)
Tarix: 01-06-2016 | Saat: 13:00
Bölmə:Seçilənlər-5 | çapa göndər
Novxanı kənd qəbirstanlığında bir neçə qəbir qeyri-adiliyi ilə seçilir. Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub. Hətta elə qəbir var ki, mərhumun peşəsinə uyğun abidə qoyulub.
Aia.az xezerxeber.com-a istinadən bildirir ki, söhbət Novxanı kənd qəbirstanlığından gedir. Bir qəbir "Balami" ləqəbli mərhum Məmmədbağır Sadıqova məxsusdur. 1891-ci ildə doğulan Məmmədbağır Sadıqov 19 il sürücü məktəbinin müəllimi işləyib. 55 il əvvəl qoyulan bu abidə də məhz onun peşəsini xatırladır.
Novxanı qəbiristanlığında bu qəbildən qəbir daşlarının sayı çoxdur. Kim hansı peşənin sahibi olubsa qəbir də ona uyğun hazırlanıb. "Qozbel Tofiq" kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub. Daraq və qayçını görən şəxs isə mərhumun vaxtilə bərbər olduğunu anlayır.
Hələ bu harasıdır. Çoban olduğu üçün baş daşına qoyunla rəsmini yerləşdirənlər də var. Qəbirstanlıqda şair, həkim və din xadiminin də qəbirləri diqqət çəkir. 82 il yaşamış Hacıbala Babayev isə faytonçu olub. Başqa bir qəbrin üstündə isə qoç şəkili həkk olunub.
Molla Seyidqulu Quliyevin sözlərinə görə, bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbiristanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə, bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024