Mobil versiya
Saakaşvilinin tərəfdarları hökuməti istefa verməyə çağırır
Tarix: 25-08-2015 | Saat: 13:04
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər


“Hakimiyyət milli valyutanın dəyərsizləşmə prosesinin qarşısını ala bilmir”.

Gürcüstan hökuməti milli valyutanın - larinin dəyərsizləşmə prosesinin qarşısını ala bilmədiyi üçün istefa verməlidir, bunu keçmiş hakim “Vahid milli hərəkat” partiyasının deputatı Zurab Melikişvili brifinqdə bildirib.

Oxu.Az bu barədə “Qruziya Onlayn”a istinadən xəbər verir.

Larinin uzun müddət 1,74-1,76 GEL/$1 səviyyəsində qalan məzənnəsi 2014-cü ilin oktyabr ayının sonundan başlayaraq gözəçarpacaq dərəcədə ucuzlaşmağa başladı. Bu gün Gürcüstanın Milli Bankı larinin mübadilə məzənnəsinin dollara nisbətini 2.3336 GEL/$1 müəyyən edib.

“Milli valyutanın dəyərsizləşməsi əhalinin yoxsullaşmasında birbaşa əks olunur... Belə ki, hökumətin bu problemin öhdəsindən gəlmək üçün planı yoxdur, əksinə, bu illər ərzində tətbiq edilən tənzimləmələr ölkəyə investisiya yatırımına birbaşa maneə törədir, biz onun istefasını tələb edirik”, - Melikişvili bazar ertəsi - avqustun 24-də bildirib.

2014-cü ilin oktyabr ayının 26-dan 2015-ci ilin avqust ayının 24-ə qədər larinin dollara nisbətən məzənnəsi 33,1% ucuzlaşıb.

Gürcüstanda 2015-ci ilin iyul ayında ərzaq və spirtsiz içkilərin qiymətləri 2014-cü ilin iyul ayı ilə müqayisədə 7,1% artıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə