Mobil versiya
Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır
Tarix: 18-09-2022 | Saat: 13:04
Bölmə:Ölkə | çapa göndər

Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır

Sentyabrın 12-dən 13-nə keçən gecə Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən “Qətiyyətli cavab” əməliyyatını həyata keçirməklə Ermənistanın uzun müddətdir qurduğu planlarını alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi.
“Qətiyyətli cavab” əks-hücum əməliyyatı Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərmiş oldu. Odur ki, düşmən nəhayət başa düşməlidir ki, hər belə hərbi təxribat yalnız onun özünə ziyan vuracaq və heç bir zaman kiməsə, hansı qüvvələrəsə arxalanıb ölkəmizi şantaj edə bilməz. Düşmən anlamalıdır ki, bu gün Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün dünyada öz qüdrəti ilə seçilən güclü ordusu, layiqli dost və tərəfdaşları var.
Həmin gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədimizin müxtəlif istiqamətlərində atəşkəsin növbəti dəfə kobudcasına pozulması düşmənin avantürist planlarının bir hissəsi idi. Belə ki, hadisələrin ardıcıllığı Ermənistanın siyasi-hərbi rəhbərliyinin açıq şəkildə təxribatların baş verməsində maraqlı olduğunu göstərirdi. Son bir ay ərzində demək olar ki, hər gün Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən və Gədəbəy rayonları istiqamətlərində ordumuzun mövqeləri intensiv şəkildə atəşə tutulurdu. Bununla da ermənistan hakimiyyəti açıq şəkildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların müddəalarını, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmalara əhəmiyyət vermədiklərini nümayiş etdirirdilər.
Dövlət başçımız cənab İlham Əliyev Azərbaycan xalqına hər zaman açıq mesaj verir ki, biz necə bir düşmənlə üz-üzə olduğumuzu unutmamalıyıq. Bu baxımdan da hər bir inkişaf ssenarisinə hazır olaraq, "dəmir yumruğumuzu" bərk saxlamalı, lazım olan məqamda düşmənin başına endirməliyik. Müharibədən çıxmış ölkə olmağımıza baxmayaraq, işğaldan azad olunmuş torpaqlarımızı öz hesabımıza, daxili resurslarımızla dirçəldir, soydaşlarımızı qısa zaman çərçivəsində öz doğma yurd-yuvalarına yerləşdirmək istiqamətində əməli addımlar atırıq. Düşmən isə mənfur xislətindən əl çəkmir, hətta özünə xeyir və fayda gətirəcək əməkdaşlıq platformalarına maksimum mane olmağa çalışır.
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır.
Azərbaycan dəfələrlə baş verən məsələlər barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırıb. İndi isə öz suveren ərazilərində antiterror əməliyyatı həyata keçirir. Bunu Ermənistan da, ona havadarlıq edən bütün qüvvələr də bilməlidir. Rəşadətli ordumuz bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir.
Xalqımız müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, "dəmir yumruğ"umuz yerindədir. Odur ki, dövlətimizə qarşı daxildən və xaricdən təzyiq etməklə, hər hansı təzyiq və təhdidlə qətiyyətimizi qırmaq, birliyimizi sarsıtmaq, əmin-amanlığımızı pozmaq mümkün olmayacaq.

Gülşən Piriyeva,
Salyan şəhər 7 saylı məktəb-liseyin müəllimi, Əməkdar müəllim.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024