Mobil versiya
Radikal müxalifət uğurlarımıza qısqanc baxır
Tarix: 17-09-2022 | Saat: 11:02
Bölmə:Ölkə | çapa göndər

Radikal müxalifət uğurlarımıza qısqanc baxır

Özlərini demokratik qüvvələr adlandıran radikal müxalifət daima Azərbaycanın uğurlarına qısqanc baxıb və ölkəmizin əldə etdiyi bütün uğurlara kölgə salmağa çalışıb. Zaman-zaman bu hal müxalifət düşərgəsində açıq-aşkar görünür, öz hərəkətləri ilə bunu büruzə verirlər. Dağıdıcı müxalifət 1993-cü ildən Azərbaycanda hüquq çərçivəsində fəaliyyət göstərməyib, demokratik mübarizə aparmayıb.Bu vaxtadək əli Qərb dairələrinin cibində olan anti-milli müxalifətin ünsürləri qərbin anti-Azərbaycan və ermənipərəst qüvvələrinin sifarişlərini yerinə yetirməkdədirlər. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlara sevinməyən radikallar ictimaiyyət arasında hər vaxt çaşqınlıq yaratmaq cəhdlərində olublar. Saxta profillər, səhifə və qruplar yaratmaqla dövlət əleyhinə çirkin formada kampaniya aparıblar. Nəticədə özləri biabır, ifşa olunurlar. Çünki xalqın düşüncələrində onların fikirlərinə yer yoxdur, vətəndaşlarımızı aldatmaq, düz yolundan döndərmək daha mümkün deyil. Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində şanlı qələbəsinə olduğu kimi son günlərdə Rəşadətli Ordumuz erməniləri və onların havadarlarının necə məyus edibsə, radikal müxalifəti də yasda saxlayıb.Müxalifət montaj etdiyi, quraşdırdığı videolar, təhqir dolu məlumatlar paylaşmaqla bu qələbəyə kölgə salmağa cəhd göstərir. Bununla da şəhidlərimizin ruhuna hörmətsizlik etmiş olur, torpaqlarımızın işğaldan azad olunmasını həzm etmir, 30 illik həsrətə son qoyulmasına sevinmir, Ordumuzun qəhrəmanlığını, əsgərlərimizin şücaətini qəbul etmir.
Cənab Prezident İlham Əliyev ötən 19 ildə uğurlu fəaliyyəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, müdrik siyasəti, diplomatik qələbələri ilə torpaqlarımızın hərb yolu ilə azad edilməsinin tarixini yetişdirdi. Bu qələbənin kökündə xalq-hakimiyyət-ordu həmrəyliyi, birliyi durdu. Xalq Ali Baş Komandanına, siyasətinə, verdiyi sözünə inandı. Nəticədə cənab Prezident İlham Əliyev 44 gün ərzində yeni Azərbaycanın yeni tarixinin qızıl həriflərini yazdı. Bu da radikal müxalifəti sevindirmədi. Kədərini, acığını təhqirlərlə, quraşdırdığı görüntüləriylə gizlətməyə, çıxmağa üstünlük verdi. Azərbaycanın qələbəsinə kölgə salmaq cəhdi radikal müxalifətin satqınlığını, xəyanətini bir daha sübutunun bariz nümunəsidir.


Saatlı rayon sakini,
Şəhid atası Akif İbrəhimov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024