F. Bağırov: “Səttar Möhbalıyevin fəaliyyəti bütün həmkarlar təşkilatları üçün əsl örnəkdir”
Tarix: 13-09-2022 | Saat: 12:01
Bölmə:Ölkə | çapa göndər
İstənilən bir ölkədə fəaliyyət göstərən həmkarlar təşkilatının, ümumilikdə həmkarlar hərəkatının dünyada ilk dəfə yarandığı dövrdən indiyə qədər ən mühüm vəzifəsi zəhmətkeşlərin hüquqlarının qorunmasından ibarət olub. Əlbəttə ki, bu funksiyanı həyata keçirən qurumun rəhbərliyində zəhmətin nə olduğunu, fəhlə əməyinin dəyərini bilən insan durursa, bu zaman həmkarlar təşkilatının fəaliyyətinin də məqsədyönlü və səmərəli olacağını demək olar.
Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, hörmətli Səttar Möhbalıyevin fəaliyyəti bütün həmkarlar təşkilatları əməkdaşları üçün əsl örnəkdir. Belə ki, əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində dəmir-beton məmulatı zavodunda qəlibçi vəzifəsində başlayan Səttar müəllim zəhmətkeş fəhlə əməyinin əsl dəyərini başqalarının deyil, özünün şəxsi təcrübəsindən bilir. Məhz bu qiymətli təcrübə sonrakı illərdə, Səttar Möhbalıyevin artıq rəhbər vəzifələrdə çalışdığı dövrlərdə sıravi işçilərin problemlərinin həlli istiqamətində düzgün addımların atılması, düzgün qərarların verilməsi üçün istinad nöqtəsi olub. 1980-ci ildən həyatını zəhmətkeşlərin hüquqlarının müdafiəsinə həsr edən Səttar müəllim növbəti on bir il ərzində müfəttiş-təlimatçı vəzifəsindən sədr vəzifəsinə qədər yüksələ bilmişdisə, bu yüksəlişin yeganə səbəbi insanların ona olan inamı, etimadı və etibarı olmuşdur. 1993-cü ildə isə respublikanın bütün həmkarlar təşkilatlarının etimadını qazanaraq Səttar müəllim ilk dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilmişdir.
Əbəs yerə deyil ki, Səttar Möhbalıyevin səmərəli fəaliyyəti dövlətimiz tərəfindən də hər zaman yüksək qiymətləndirilib. İqtisad elmləri doktoru, professor Səttar Möhbalıyev «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib, Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına və «Parlament» medalına layiq görülüb.
Həmçinin Səttar müəllimin fəaliyyəti nüfuzlu beynəlxalq qurum və təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Səttar Möhbalıyev Mahmud Kaşqari beynəlxalq mükafatı laureatı, Rusiya Sosial Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının və Panavropa Regional Şurasının vitse-prezidentidir.
Bu günlərdə isə Səttar Möhbalıyev respublikamızın bütün həmkarlar təşkilatları adından növbəti beynəlxalq uğuruna imza atıb. Belə ki, sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) IX Qurultayında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bu mötəbər qurumun vitse-prezidenti seçilib. Məlumdur ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. 2004-cü ildən isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu təşkilatın üzvüdür.
Bu münasibətlə hörmətli Səttar müəllimi Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin bütün üzvləri adından, eləcə də ölkəmizin bütün dəmiryolçuları adından ürəkdən təbrik edirik. Hörmətli sədrimizə yeni vəzifəsində daha böyük nailiyyətlər arzulayırıq.
Fəzail Bağırov,
Azərbaycan Dəmiryolçularının Müstəqil
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025