Mobil versiya
ÜHİK-nın IX Qurultayı Azərbaycan həmkarları üçün əlamətdar olub
Tarix: 10-09-2022 | Saat: 10:00
Bölmə:Ölkə | çapa göndər

ÜHİK-nın IX Qurultayı Azərbaycan həmkarları üçün əlamətdar olub

Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında hər zaman ölkələr arasında münasibətlərin inkişafı baxımından həmkarlar hərakatının əhəmiyyətini vurğulayıb. Həmçinin möhtərəm Prezidentimiz dövlətçiliyin möhkəmləndirilməsində, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasında həmkarlar hərəkatının önəmli rolunu qeyd edib. Bu gün respublikamızın həmkarlar ittifaqlarını öz ətrafında birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu istiqamətdə fəaliyyəti beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilir.

Artıq xəbər verildiyi kimi sentyabrın 7-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) IX Qurultayı keçirilib. Həmin Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib. Qeyd etmək lazımdır ki, bu nüfuzlu beynəlxalq təşkilat hazırda MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir.

Əlbəttə ki, hörmətli Səttar müəllimin bu yüksək vəzifəyə seçilməsi ölkəmizin bütün həmkarları üçün son dərəcə önəmli və qürurverici bir hadisədir. Bu münasibətlə çox hörmətli sədrimizi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon Komitəsinin bütün üzvləri, rayonumuzun bütün həmkarları adından səmimi qəlbdən təbrik edirik, ona yeni vəzifəsində uğurlar diləyirik.

Fərhad Həsənov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının Suraxanı rayon komitəsinin sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024