Mobil versiya
Azərbaycan Tibb Universitetində ikinci təhsil almaq istəyənlərlə görüş keçirilib
Tarix: 10-09-2022 | Saat: 09:13
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Tibb Universitetində ikinci təhsil almaq istəyənlərlə görüş keçirilib

Sentyabrın 9-da Azərbaycan Tibb Universitetində (ATU) ikinci ali təhsil almaq istəyən şəxslərlə görüş keçirilib.

Universitetin mətbuat xidmətindən AİA.Az-a bildirilib ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev, Tədris şöbəsinin müdiri Kamandar Yaqubov, universitetin hüquqşünası, fakültə dekanları və universitetin İctimai Nəzarət Şurasının üzvləri iştirak ediblər. İkinci təhsil üçün müraciət edənlərin sənədləri bir daha yoxlanılıb, təhsil şərtləri, yeni qaydalar izah olunub.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində 2017-ci ildən başlayaraq ikinci təhsil üçün tələbələrin seçimi aparılır. Lakin Tibb Universitetində həmin proses digər universitetlərdən fərqlənir. Belə ki, yalnız ATU-nu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialını və Naxçıvan Dövlət Universitetinin tibb, əczaçılıq və stomatologiya ixtisaslarını bitirənlər Tibb Universitetinə ikinci təhsil üçün müraciət edə bilərlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024